DOSTUM ŞAİR ZƏLİMXANA
Əziz dostum, can-ciyərim,
Gəlmədin bizə, Zəlimxan.
Qabaq-qarşı bir əyləşək,
Başlayaq sözə, Zəlimxan.
Sən şairsən, mən bir aşıq,
Dostluğumuz olmaz dolaşıq.
Saz-söz ikimizə yaraşıq,
Ləzzət al məzə, Zəlimxan.
Ayaq tutmur, gözlər görmür,
Çalışıram, diz yerimir.
Çox dostlar da salam vermir,
Dərd çatıb yüzə, Zəlimxan.
Dostluqda gərəkdir bafa,
Yolunda çəkəsən cafa.
Bərabər sürəsən safa,
Baxa göz gözə, Zəlimxan.
Qocalıq verərsə imkan,
Əl-qolumuz aça dövran.
Aşıq Əmrah sənə qurban,
Məclisi bəzə, Zəlimxan.
Aşıq ƏMRAH
7.11.1981
|