XOŞ GƏLMİSİZ
Xalq şairi Z.Yaqubun 2010-cu il
oktyabrın 27-də Şamaxı rayonunun
Göylər kəndinə gəlməsi münasibəti ilə
Allah səni xalqımıza pay verib,
O dəryaya, hər dənizə çay verib.
Nizamiyə, Nəsimiyə tay verib,
Xoş gəlmisiz kəndimizə, Zəlimxan.
Şirvanım var, Muğanım var, Milim var,
Haqq danışan, dürr danışan dilim var.
Şükür olsun dövlətim var, elim var,
Xoş gəlmisiz kəndimizə, Zəlimxan.
Kəndimizə şair gəlib əhli hal,
Səni görmək bizim üçün bir xəyal.
Danışanda söhbət şirin, sözü bal,
Xoş gəlmisiz kəndimizə, Zəlimxan.
Mən, ay şair, söhbət-sözə bağlıyam,
Əzəlbaşdan haqqa, düzə bağlıyam.
Canı dildən hər an sizə bağlıyam,
Xoş gəlmisiz kəndimizə, Zəlimxan.
Mən Ətrafam, bu göylərin oğluyam,
Vətənimə, bu ellərə bağlıyam.
Vətən dərdli, mən sinəsi dağlıyam,
Xoş gəlmisiz kəndimizə, Zəlimxan,
Ucal göyə bu göylərdə, Zəlimxan.
Ətraf Qasım oğlu Dəmirov,
Şamaxı rayonu, Göylər kəndi,
22.03.2011
|