Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   HAYIF SƏNNƏN

 

HAYIF SƏNNƏN

 

Ruhum sözün dərgahına

Uyub sənnən, ay Zəlimxan.

Nə ürəyim, nə də könlüm

Doyub sənnən, ay Zəlimxan.

 

Yaylaqlarda qurdum binə,

Yaşamadım sinə-sinə.

Həyat məni yaman günə

Qoyub sənnən, ay Zəlimxan.

 

Cocuqkən sevdim izini,

Öpdüm çeşmənin gözünü.

Təbim sözün əl-üzünü

Yuyub sənnən, ay Zəlimxan.

 

Gözəldir göylər kanında,

Pərvanə şəmin yanında.

Çoxu şeir meydanında

Sayıb sənnən, ay Zəlimxan.

 

Təbriz dərdi-qəmi dadan,

Qədrini nə bilər nadan.

Vaxtsız köçdün bu dünyadan

Hayıf sənnən, ay Zəlimxan.

 

Təbriz İMAN

  Geri