Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Deyilənlər

   Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm ütdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız.

Heydər ƏLİYEV

 

***

 

Сиз мүасир әдәбијјатымызда Азәрбајҹанын зәнҝин шеир әнә­нә­лә­­рини јашадан шаирләр нәслинә мәнсуб олан сәнәткар­лардан­сыныз. Хал­гымызын јүксәк инсани кејфијјәтләрини, әхлаги дәјәр­ләрини, мә­­­­нәви мәзијјәтләрини тәҹәссүм етдирән шифаһи халг јарады­ҹы­лы­ғындан усталыгла бәһрәләнмәклә Сиз Азәрбајҹан по­ези­јасынын ин­ҹи­ләри сәвијјәсинә галха билән нәзм әсәрләри јарат­мысыныз. 
 
Heyd?r ?LIYEV
Сиз мүасир әдәбијјатымызда Азәрбајҹанын зәнҝин шеир әнә­нә­лә­­рини јашадан шаирләр нәслинә мәнсуб олан сәнәткар­лардан­сыныз. Хал­гымызын јүксәк инсани кејфијјәтләрини, әхлаги дәјәр­ләрини, мә­­­­нәви мәзијјәтләрини тәҹәссүм етдирән шифаһи халг јарады­ҹы­лы­ғындан усталыгла бәһрәләнмәклә Сиз Азәрбајҹан по­ези­јасынын ин­ҹи­ләри сәвијјәсинә галха билән нәзм әсәрләри јарат­мысыныз. 
 
Heyd?r ?LIYEV

   Sizin şeirlər bizdə, anadan olduğunuz, ilk addımlarınızı atdığınız torpaqda böyük oxucu marağı ilə qarşılanır. Sizin poetik əsərlərinizin gürcü dilinə tərcümə edilməsi buna sübutdur.

Eduard ŞEVARDNADZE

 

***

 

    Zəlimxan Azərbaycan poeziyasının bir-birindən aralı, hərəsi də müstəqil, fərqli və əlçatmaz zirvə təşkil edən qütblərini – Füzulini və Sabiri, Cavidi və Səməd Vurğunu, Yunus İmrəni və Bəxtiyar Vahabzadəni öz daxilində vəhdətləşdirərək poeziyamıza yeni-yeni dəst-xətt gətirmişdir.

Həsən HƏSƏNOV,

ictimai xadim

***

 

 Gənc şair coşqundur, öz şeir yaradıcılığında gələcəklidir. Mən ürəkdən inanıram ki, Zəlimxan gənc şairlər içərisində öz ləyaqətli yerini tutmaqdadır və tutmuşdur. 

Süleyman RƏHİMOV,

Xalq yazıçısı

***

 

   Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənə­nələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına bö­yük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı fol­klo­run, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarıdeyildir. İste­dadlı gənc şairin əsərləri mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır.

Osman SARIVƏLLİ,

Xalq şairi

***

 

    Zəlimxanın külü də soyuq deyil. O, qoynunda qor saxlayan küldür. bir balaca üfləsən, qığılcımlanacaq.

Mirvarid DİLBAZİ,

Xalq şairi

***

 

   Zəlimxan həm klassik ədəbiyyatımızı, həm də folklorumuzu bilir desem, çox az olar. Hər ikisi ilə nəfəs alır, yaşayır. Buna görə də onun şeirlərində həm yazılı ədəbiyyatımızın, həm də şifahi ədəbiyyatımızın ruhu qol-qoladır.

Zəlimxanın şeiri xalq yaradıcılığına, sazın tellərindən süzülüb durulan aşıq poeziyasına söykəndiyi üçün onun dili kələ-kötürlükdən xali, axıcı və şəffafdır.

 Bəxtiyar VAHABZADƏ,

Xalq şairi

***

 

    Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlib ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir.

Hüseyn ARİF,

Xalq şairi

***

 

   Stalin repressiyaları illəri haqqında şeirimizdə, nəsrimizdə, dramaturgiyamızda bir sıra dəyərli əsərlər yaranıb, amma Qazaxıstana, Qırğızıstana sür­gün edilmiş soydaşlarımız haqqında, Ahıska türklərinin faciəvi taleləri haqqında yazılmış ilk əhatəli əsər Zəlimxanın yeni po­ema­sıdır. Bu əsər həm də ara-sıra mətbuat səhifələrində, o cümlədən öz qələm həmkarlarımız tərəfindən səslənən iradlara – “son illər Azərbaycan ədəbiyyatında ciddi mövzularda maraq doğuran əsərlər yaranmayıb” iradına tutarlı cavabdır. 

Anar,

Xalq yazıçısı

***

 

   Sənin sənətkar qələmin dilimizin qadirliyini yanlız əyani şə­kildə göstərmir, həm də bu qadirliyi sübut edir və içimizdəki hə­min ağır «səksəkə» hissiyatını dağıdır.

ELÇİN,

Xalq yazıçısı

***

 

   Muğamatımızda olduğu kimi,şeirimizdə də zilxanlar, pəs­xan­lar var. Təbiətimizdə gördüyümüz qədərdirsinəmizdən çıxan söz­lərin rəngləri. Təki, öz səsin olsun. Öz səsində üzə bilən şairlərin olsun. Zəlimxan Yaqub kimi!

Vaqif SƏMƏDOĞLU,

Xalq şairi

***

 

   Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur.  Çünki özü həm aktyordur, həm şairdir, həm aşıqdır, həm də, küll halında, ensiklopedik lüğətdir. Natiqdir, bö­yük ictimai xadimlir. O, bütün sənət növlərini özündə bir­ləş­dirən qüdrət əhlidir.

   Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azər­baycan xalqının başucalığı hesab edirəm. Onun sazında Babək qüd­rəti, Yunus İmrə qüdrəti, Şeyx Şamil qüdrəti yaşayır.

 

Zaman bu kəsiri bitirməliydi,

Vaqifi bu günə gətirməliydi,

Sazla şeirimizi öpüşdürməyə

Bir şair Zəlimxan yetirməliydi.

 

Zəlimxan Yaqubsadəcə şair deyil, poeziya hökmdarıdır.

Xəlil Rza ULUTÜRK,

Xalq şairi

***

 

    Zəlimxan Yaqub ən kamil insanın ürəyini, vicdanını, təfəkkürünü təmsil edən SƏS-ÜNdür. Göylərdən gəlib, yerdə ən kamil da kamilləşdirməyə qabil olan ustadıdır. Zəlimxan Yaqub Azərbaycana töhfə göndərilmiş Uca insandır.

   Zəlimxan Yaqub Nəsiminin, Füzulinin, Alının, Ələsgərin varisidir, həm də adi,  sadə varis yox, elə bir varisdir ki, onun yaratdığı vərəsə sələflərinin vərəsəsi qədər təkrarolunmazdır. Əbədiyyətdən gələn səs, yer üzünün əbədi səsidir.

İsa MUĞANNA,

Xalq yazıçısı

***

 

    Zəlimxan Yaqub sözün əsl mənassında milli şairimizdir.

Fikrət SADIQ,

Şair

***

 

   Onun yaradıcılığı mənim türkcəmin çox doğ­ma sözlərindən, duyğularından hörülüb ki, bu duyguların, söz­lərin minlərlə yaşı var... Min illiklərin də ruhunu ifadə eyləyir.

   Zəlimxan Yaqub Güneydə orduların görə bilməyəcəyi işi gördü.

Mövlud SÜLEYMANLI,

Xalq yazıçısı 

***

 

   Borçalı çökəkliyinin bütün dərd ağrısı Zəlimxan poeziyasının canına hopubdur. Ancaq Borçalı xalqının həyat eşqi, sevinci, gümrah ruhu da bu şeirlə həmişə yanaşı, qoşa səslənmişdir. Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir.

Kamal TALIBZADƏ,

Akademik

***

 

 

   Zəlimxanın elimizə, el sənətimizə böyük sevgisi və borc hissi onu heç kəslə qarşılaşdırıla bilməyən bir yüksəkliyə gətirmək ərəfəsindədir.

   Zəlimxanın şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçüsüzlüyə çevrilir.

  Onun nə şeir yazdığını, nə də xalq ədəbiyyatına oxşarsız vurğun olduğunu bilməsəydim də təkcə poeziyamızın gözəl təbliğatçısı kimi pərəstiş edərdim.

Xudu MƏMMƏDOV,

Akademik

 

***

 

 

   Zəlimxanın nəfəsi dəyən yerdə xeyir-bərəkət göyərməlidir. Çünki bütün vətənpərvər şairlər kimi o da qanı canına hopdurulmuş ana torpağın yetirdiyi oğullardan biridir.

Budaq BUDAQOV,

Akademik 

 

***

 

   Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı... Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədə­biyyatı dar sinələrin məhbəsindən qurtararaq minlərin, mil­yon­­ların mənəvi istifadəsinə verdi.

   Şairləri müxtəlif məktəblərə, cərə­yan­lara, hətta “dəstə”lərə bölməklə onların dəyərini müəy­yən­ləş­dir­məyə öyrəşmiş ədəbi tənqid Zəlimxan Yaqub feno­meni qar­şısında mat qaldı.

   Zəlimxan Yaqub Azər­bay­ca­­nın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şa­ir­­lərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ila­hi is­tedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olma­saydı o, Zəlimxan Yaqub olmazdı!..

Nizami CƏFƏROV,

Millət vəkili,

AMEA-nın müxbir üzvü

***

 

   Bu gün çox az adam tapıla bilər ki, milli tarixi mənin çağdaş müstəviyə gətirilməsi sahəsində Zəlim­xanla mü­qayisə oluna bilsin.

   Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qor­qu­da doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yol­la – tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni bir yolla qa­yı­dır.

   Zəlimxan Yaqubun yaradıcılığı elə bil ki, şeirlə yazılmış milli poeziya tarixidir.

Səlahəddin XƏLİLOV,

AMEA-nın müxbir üzvü

***

 

Zəlimxan, təpədən dırnağa için-dışın millidir.

Qardaşım Zəlimxan, yükün millət dərdidir.

Pənah XƏLİLOV,

professor

***

 

   Nəvaiyə görə, söz gövhər dəyərindədir, hər kəlmənin öz qiyməti (öz dirhəmi) var. Füzuliyə görə isə “söz – candır” və şeirin hər kəlməsi ilə könül candan, can isə cəfadan özünə yuva qurur. Zəlimxan Yaqub şeirin “can evi”nə dirhəmini yox, canını gətirib-gələn şairlərdəndir.

Yaşar QARAYEV,

Professor

***

 

   Zəlimxan Yaqub minillik poeziyamızı fenomenal hafizəsində, yaddaşında gəzdirən qeyri-adi bir söz xəzinəsidir. Onun şairliyi də məhz bu xalq çeşməsindən, klassik irsimizdən mayalanır.

Şamil QURBANOV,

Professor

***

 

   Zəlimxan Yaqub Azərbaycan mü­hiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənə­nə­lərini Kürün o tayından, bir regiondan – bölgədən ümum­vətən mühiti səviyyəsinə çıxarmağı və yaşatmağı bacarmışdır. Zəlim­xan Yaqubun qoşma janrına ardıcıl marağının və bu poetik for­mada qazandığı uğurların mayasında Borçalı aşıq sənəti ənənələri durur. Lakin Zəlimxan qoşmanı aşıq ədəbiyyatındakı məlum “gö­­zəlləmə” çərçivəsindən çıxarıb, ona yeni ictimai məzmun gə­tir­mişdir.

İsa HƏBİBBƏYLİ,

   Akademik

*** 

 

   Əzizim Zəlimxan, səni dəfələrlə şeir məclislərində, radio və televiziyada, auditoriyalarda səlis avazla şeir oxuyan görmüşəm. Əsərlərindəki axıcılıq, rəvanlıq, dil və ifadə yetkinliyi, ən başlıcası isə xəlqi ruh mənə xoş gəlib və düşünmüşəm ki, sənin barəndə doğrudan da fikir söyləməyə dəyər. 

Qulu XƏLİLOV,

Professor

***

 

 

   Xalq şairi Zəlimxan Yaqub bu gün şeirsevər oxucuların dərin sevgisini qazanmış sənətkardır. Onun poetik yaradıcılığı folklorumuzdan, aşıq şeirindən qaynaqlandığına görə milli ruhu, koloriti yaşadır. Nə qədər fərqli mövzulardan yazsa belə xalq başlanğıcına bağlılıq onun əsas meyarıdır.

Camal MUSTAFAYEV,

Professor

***

 

    Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “türk” deməyəndə də onun dünyasından xəbər verirsən.

Tofiq HACIYEV,

Professor

***

 

 

   Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan bu yolun inadkar yolçusudur. Həmin yolu o, güclü istedadının işığında gedir.

Nizaməddin ŞƏMSİZADƏ,

Professor

***

 

   Şəx­sən mən Qurbani, Abbas, Alı, Ələsgər kimi yaradıcı aşıqların hər bi­rini istedadlı şair kimi qəbul edirəm. Və həmin silsilənin məntiqi davamı kimi, bu gün Zəlimxan Yaqubu görürəm...

Nüsrət KƏSƏMƏNLİ,

Şair

***

 

   Azərbaycan şeirinin müasir dövrdəki ən parlaq simalarından olan Zəlimxan Yaqub xalqımızın mənəvi dünyasının poetik təza­hü­rüdür.

Əmirxan XƏLİLOV,

professor

***

 

   Qarşı dağın qənşərində bir topa nəlbəki lalə elə qəribə dal­ğa­la­nırdı ki! Yox, bu, elə beləcə küləyin təsiri ilə çırpınış deyildi. On­lar bu gözəllikdən vəcdə gəlmiş Zəlimxanın bağrında dəli-di­vanə olmuş sazdan qopmuşdu...

Məmməd ASLAN,

şair

***

 

      Zəlimxan sinəsi dolu şairdir.

   Ustad aşıqlarımızın hikmət dolu söz qaynaqları, qocalarımızın yad­­­daşında yaşayan və hansı yollarlasa Anadoludan axıb gələn tür­­­külər, Yunus İmrə ruhuna bələnmiş klassik tükr-azəri şeiri – bü­tün bunlar Zəlimxanı riqqətə gətirib, onun sinəsini doldurub.

Musa YAQUB,

şair

***

 

   Zəlimxan, bəlkə də, yeganə şairdir ki, klassik ədəbiyyatımızın, el sənətkarlarımızın ən yüksək yaradıcılıq incilərini, müasiri olan şairlərin ən gözəl şeirlərini əzbər bilir. Bəlkə də, yeganə şairdir ki, öz qələmindən çıxan bütün şeirləri yaddaşına həkk etmişdir.

Qəzənfər KAZIMOV,

Professor

***

 

   Böyük Yaradan Zəlimxan Yaquba nə veribsə, nə verirsə, iste­da­dından, zəhmətsevərliyindən başqa bir də məhz ürəyinə görə verib və verir – heç kəsə həsəd aparmır, qələm dostlarının uğur­la­rına milli sözümüzün uğuru kimi sevinməyi, ölüyə hörmət, diriyə qayğı, ağsaqqala, ağbirçəyə ehtiram göstərməyi, cavanların qo­calmadan, elə gənckən istedadlarını və potensiallarını gerçək­ləş­dirməyə maddi-mənəvi şərait yaradılmasını istəməyi və bunun üçün əlindən gələni etməyi bacarır.

Arif  ƏMRAHOĞLU,

yazıçı-publisist

***

 

   Zaman-zaman sözümüzün Ni­zami,  Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Şəhriyar və di­gər nəhəng zirvələri olub və bu gün də sözümüz zirvədədir: Zəlim­xan Yaqub zirvəsində. Və sözün Zəlimxan zirvəsi, Zə­limxan möcüzəsi ona görə yarandı, söz bu zirvəyə ona görə ucal­dı ki, O, sözünü zamana cəsarətlə, kişi kimi deməyi ba­cardı.

Musa NƏBİOĞLU

***

 

   Tanrı Zəlimxanı şair yaratmaqla onu mükafatlandırıb, bununla da şairlə öz arasında mənəvi yaxınlıq əlaqələrinin mövcudluğunu təsdiq edib. Tanrı payı Zəlimxan Yaqubun ən böyük mükafatıdır.

Mürşüd MƏMMƏDLİ,

Professor

***

 

   “Peyğəmbər” poeması təkcə Zəlimxan Yaqubun şəxsi yaradıcılığının deyil, bütövlükdə çağdaş Azərbaycan poeziyasının uğurudur.

Yavuz AXUNDLU,

professor

***

 

   Zəlimxan Yaqubun poeziyası Ana laylası kimi şirin, göz yaşı kimi dumduru, dualarımız kimi tutumludu: bəlkə buna görədi ki, o şeirləri yaddaşına yazmaqdan ötrü dönə-dönə oxumalı olmursan, əksinə, ona görə dönə-dönə oxuyursan ki, SÖZÜN SEHRİNİ, ŞEİRİN MUSİQİSİNİ duyasan.

Nəriman ƏBDÜLRƏHMANLI,

yazıçı

***

 

  Zə­limxan dünyası şeirlə musiqinin vəhdətidir. Şeir və musiqi, il­ham və səmimiyyət bir insanın şəxsində vəhdətdədirsə, o, artıq in­sanların qəlbinə hakimdir, könüllər tərcümanıdır, his­slə­rin-duyğuların mütərcimidir.

   Zəlimxan ilhamı Allah töhfəsidir.

Hacı İmamverdi ƏBİLOV 

***

 

   Zəlimxan dünya yaranandan üzü bəri durula-durula, nəğmə­lənə-nəğmələnə gələn, əcdadlarımızın “göz bəbəyi kimi qoruyun” deyə bizə əmanət verdiyi dilimizin büllurgözündən su içən, onu varlığına, ruhuna hopduran və bu dilin nələrə qadir olduğunu, bu dildə necə möcüzələr yaratmaq mümkün olduğunu və onun gözəl nümunələrini ortaya qoyan, sözdən heykəl yapan bir sənətkardır.

Nahid HACIZADƏ,

yazıçı

***

 

   Zəlimxan Yaqubun şeirlərində türkün genetik yaddaşı dipdiridir.

   Eiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müs­tə­vi­sin­də ədəbiyyatın timsalında Bəxtiyar Vahabzadənin “Muğam” poeması hansı işi görübsə, Zəlimxan Yaqubun “Saz” poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb.

  Zəlimxan Yaqub sızlayan Füzuli misralarının, yəni Azər­bay­canın şairidir və elə buna görə də gələcək tariximizin sübh çağında oyananlar çağdaş dövrümüzün necəliyini bilməkdən ötrü eyni za­manda, bu gün Zəlimxanın qopardığı ƏDƏBİ FƏRYADIN izinə düşəcəklər, sızlayan misraların içindəki, özü də çoxu dəhşətlərlə dolu röyaların kitabına – Zəlimxanın yazdıqlarına üz tutacaqlar.

Azər TURAN,

yazıçı

***

 

 

   Azərbaycan zülmət içindədir deyən adamlar yazığım gəlir. Zəlimxan Yaqub şam kimi bu qaranlığın içində yanır. Görmürsünüzmü?

Rüstəm BEHRUDİ,

Şair

***

 

   Zəlimxan Yaqub şeirə Yunis İmrədən tutmuş Aşıq Ələsgərə qədər min illik türk-islam ədəbiyyatı üzərində gəlib. Buna görə onun şeirləri son dərəcə milli olduğu qədər həm də bəşəridir. Türk­lük onun şeirlərinə millilik, islami düşüncə isə bəşərilik gə­tirir.

Əsəd CAHANGİR,

tənqidçi

***

 

   Zəlimxan millət sözçülərinin bir çoxundan fərqli, cəsarətli mövqe tutub, çünki xal­qın sırasından ayrılıb, xalqın içərisinə qayıdıb, xeyrinə-şərinə yarıyıb. Bu gün də üzərinə düşən missiyanı ağır-ağır, ləngər vurub çiyinlərində daşı­maq­dadır.

Akif AŞIRLI,

yazıçı-jurnalist

***

 

   Z.Yaqub bayatı dilində, layla dilində, oxşama dilində ürəkdən qələmə, qələmdən varağa süzülən poetik fıkirlərini, yaralı duy­ğu­larını etnosun folklor düşüncəsi, folklor məntiqi səviyyəsində çağ­daş Azərbaycan insanına ünvanlayır.

Rüstəm KAMAL

***

 

   Öz böyüklüyünü hiss edən sənətkar qısqanc ola bilməz. Zəlimxan Yaqub kimi. O, Səməd Vurğun səxavəti ilə bacardığı qədər yeni nəslə arxa durmağa çalışır, onlar barədə mətbuatda söz deyir. Çünki o, çox qədimdən gələn bir şəcərənin həlqəsidir və milli ruhun daşıyıcısı olaraq yaxşı bilir ki, bu şəcərə zənciri heç vaxt qiyamət gününəcən qırılmayacaq.

Elxan Zal QARAXANLI

***

 

   Zəlimxan Ya­qub, şəxsiyyəti şeirlərində çox bariz nəzərə çarpan şairdir. Onun şeiri ilə şəxsiyyəti arasında heç bir uçurum yoxdur.

Vaqif YUSİFLİ

***

 

   Zəlimxan müəllimi yaxından tanıyanlara, o cümlədən mənə də bu qəribə gəldi. Çünki Zəlimxan Yaqub o qədər səmimi bir insandır ki, onunla ünsiyyətdə olan hər bir insan onu özünün yaşıdı hesab edir. Bəlkə də bu, şair taleyidir. Tanrıdan kəramət alan şair həmişə gəncdir, hamının yaşıdıdır. Zəlimxan Yaqub da belələrindəndir.

   Zəlimxan Yaqub ənənəyə sadiq, ənənəvi şeiri zənginləşdirən şairdir.

                   İBRAHİMXƏLİL

***

 

   Bu insanın şair qəlbində heç kəsə qarşı zərrə qədər olsa kin, qəzəb, paxıllıq hissi yoxdur. Hərdən fıkirləşirəm ki, əgər 30-cu illərdə rəhbərimizin “ədəbiyyat üzrə baş məşvərətçisi” Zəlimxan Yaqub xislətli bir adam olsaydı, bircə şairimiz də güllələnməz, sürgünə göndərilməzdi...

Mahir QARAYEV

***

 

   Zəlimxan Yaqub nə qədər ritorik, emosional danışsa belə səmimidir. Çünki yuxarıda deyildiyi kimi yanğı ilə danışır. Yanan isə onun cismi deyil, ruhudur. Bu yanğı onun mənəviyyatının atributudur. Oxucu onu oxumaqdan yorulmur: necə ki, dinləyici dinləməkdən usanmır.

Əlirza ZALOĞLU