Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Zəlimxanın xalqı – xalqın Zəlimxanı

 

 

Asif Mərzili

Zəlimxanın xalqı – xalqın Zəlimxanı

 

 

 

“Könüldən könülə”... indi Zəlimxan görünür...

   ...Azərbaycanın böyük şairi Səməd Vurğunun “Komsomol poeması” əsasında çəkilmiş “7 oğul istərəm” filmi tarixi yaddaşımız və tarixi taleyimizdir. Bu filmdəki bir epizod şəxsən mənim heç vaxt yadımdan çıxmır... filmin son hissəsində Sarı Şəmistandan Bəxtiyara məktub gəlir. Məktubda “...Məndən Cəlala, Şahsuvara... salam söylə. Azərbycanın ilk komsomolçularına eşq olsun!” sonluğu həmişə dərdimizi içindən tərpədən bir kövrəklikdir.

   Dünən iş günün sonunda redaksiyada ikən, bu duyğular içində Azərbaycanın şərəfli poeziya tarixinə özünəməxsus imzasını atmış xalq şairi Zəlimxan Yaqubu xatırladım. Əslində, Zəlimxan Yaqub mənim üçün həmişə xatırlanan və yadda saxlanılan ensiklopedik bir şəxsiyyətdir. Mən hələ “şairdir” demirəm. Heç “ictimai xadim” də demirəm... “Xalq şairi” də demirəm... niyə demirəm, bunu özüm və özümün inandıqlarım çox yaxşı bilirlər. Çünki Zəlimxan müəllim cavan olmasına baxmayaraq, özü boyda və biçimdə bir şəxsiyyətdir, şəxsində xoş bir niyyətdir, ilahi sevgi ünvanlıdır... kimsələr onun fitri yaddaşına və birnəfəsə şeir söyləmək qabiliyyətinə nə qədər qibtəlidirsə, qalanlarımız da onun cavan yaşda ağsaqqalığına ehtiramlıdır.

   Bir müddətdir ki, Tanrı da onu imtahana çəkir. Bilisiniz niyə? Vaxtilə Xudu Məmmədov da imtaha çəkildi , Şirin Mirzəyev imtahan olundu, vaxtilə Peyğəmbərimiz də imtahan olunub... Çünki Tanrı belə insanları insanlığa nümunə olmaq üçün imtahana çəkir.

   Peyğəmbərimiz yüz illərdir imtahanlıdır, Xudu Məmmədov neçə illərdir hamının ürəyindədir, Şirin Mirzəyevin qəhrəmanlığı neçələrimizə qəhrəmanlıq dərsidir... Zəlimxan Yaqub indi hər birimizə sınaq imtahanıdır.

   Biz xəstəliyə, Vətən nigarançılığına qarşı müqavimətimizi Zəlimxan Yaqub dözümündə sınaqlıyıq və dözümümüzü onun dözümlüyündə itiləyirik... Həm də itilənirik Zəlimxan boylu Vətən həsrətliyində, Vətən istəklərində və Vətənə istəklərdə.

   İndi Zəlimxan Yaqub Almaniyada imtahan verir. Tanrı onu xəstəliyə dözümlülükdə sınayır və bərkə-boşa çəkir. Zəlimxan Yaqub da bərkə-boşa içindəki Azərbaycan boyda müqaviməti ilə sinə gərir.

***

   ...Dünən onun bu yaxınlarda çapdan çıxmış “Düşüncələrin simfoniyası” kitabının hansısa səhifəsini oxuduğum bir vaxtda elə bir hansısa bir ilahi qüvvə ona zəng etməyimi diqtə etdi (Xəstələnib Almaniyaya gedəndən bəri istəmirdim zəng edib narahat edim). Kitabın hansısa səhifəsində belə bir aforizmə rast gəldim: “Böyük insanlar həmişə böyük imtahan qarşısında olur...”

   Zəlimxan müəllim indi Azərbaycan naminə elə Azərbaycan boyda da imtahan verir. Niyə Azərbaycan boyda deyirəm. Çünki onun xəstəliyi də Azərbaycanın dərdlərindən – Qarabağdan, Qərbi Azərbaycandan, Borçalı dərdindən... tapılmış mərəzdir. Tanrı onu vəkil edib ki, bəlkə də hamımızın əvəzindən xalqa imtahan versin. Və Zəlimxan Yaqub indi xalqa dözüm imthanı verir.

***

   Dünən zəng etdim. Özü cavab verdi. Qadasını aldığımın səsi nə qədər Azərbaycan istəklidir. Elə ilk soruşduğu da Vətən istəklərindən doğdu:

   - Azərbaycana eşq olsun!

   - Azərbaycandan eşq olsun, böyük şairə! Qadan alım, burda hər şey yaxşıdır, bircə özününzdən muğayat olun! Azərbaycanın Azərbaycan istəkli böyük oğluna bir daha eşq olsun!

   Yaman kövrəldi. Yadıma “7 oğul istərəm” filmindəki məlum epizod düşdü... Amma özümü o yerə qoymadım. Qəlbini yüngülləşdirmək istədim, söhbətə tutmağa çalışdım:

   - Siz bilirsiniz ki, Almaniyada musiqi yarışmaçılarımız böyük qələbəni Azərbaycana gətirdilər... İnşallah, yəqin ki, Siz də tezliklə Almanyada böyük istəkli ürəyiniz kökləyib bizi təzə əsərlərinizlə sevindiəcəksiniz...

   - Mənim ən böyük əsərim Azərbaycandır... Ondan muğayat olun...

 

   Sonra kövrəldi və bir şeir oxudu... Mövzsunu deyib Zəlimxan istəkliləri kövrəltmək istəmirəm. Amma mən də onu imtahana çəkdim:

   - Söz verirsinizmi ki, Bakıya gələn kimi ilk müsahibəni “Təzadlar”a verəcəksiniz?

   Şair nəinki şairliyindən, həm də zarafatından qalmadı:

- Mən nəinki ilk müsahibəni “Təzadlar”a veməyə hazıram, həm də Azərbaycan istəkli canımı Vətənə qurban verməyə hazıram...

- Ustad, siz onsuz da Vətənə özünüz boyda yaradıcılığınızı qurban vermisiniz... Amma bundan sonrakı sağlamlığı çoxsaylı əsərlərin yazılmasında da qurban verməyə hazır olun... Amin!!!

***

   Və beləcə, böyük şairimizlə könüldən-könülə həmdərd və həmsöhbət olduq.

   Tanrı özü qorusun. Qorusun ki, Zəlimxan Yaqub da çağdaş poeziyamızı urvata mindrib şöhrətə gətirsin, yad nəfəsdən qorusun...

 

 

 

 

“TƏZADLAR”

21-24 may 2011

 

  Geri