ŞAİR ZƏLİMXAN YAQUBA
Hörmətli Zəlimxan Yaqub!
Anadan olmağınızın 50 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin və Sizə dərin hörmətimə əmin olun. Öz yaradıcılığınızda Siz Azərbaycan xalqının təkcə poetik ruhunu və estetik dünyagörüşünü əks etdirməklə kifayətlənməmiş, həm də həmvətənlərin indiki arzularını, onları narahat edən problemləri tam şəkildə göstərmisiniz. Xüsusilə sevindirici haldır ki, Sizin şeirlər bizdə, anadan olduğunuz, ilk addımlarınızı atdığınız torpaqda böyük oxucu marağı ilə qarşılanır. Sizin poetik əsərlərinizin gürcü dilinə tərcümə edilməsi buna sübutdur.
Sizə yeni yaradıcılıq uğurları və böyük şəxsi səadət arzulayıram!
Axırda sevinclə bildirirəm ki, Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin dərinləşməsinə verdiyiniz töhfəyə görə Siz «Şərəf» ordeni ilə təltif edilmisiniz.
Hörmətlə,
Eduard ŞEVARDNADZE,
Gürcüstan Prezidenti.
Tbilisi, 8 fevral 2000-ci il |