Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏMANƏT

 

 

Süleyman Rəhimov

Xalq yazıçısı,

Sosialist Əməyi Qəhrəmanı

 

ZƏMANƏT

 

   Zəlimxan gənc, istedadlı şairdir. O, 1970-ci ildən öz şeirləri ilə mətbuat səhifələrində çap olunmaqdadır. Zəlimxanın “Könlümün səsi” şeirlər məcmuəsi oxucuların hüsn-rəğbətini qazanmışdır. Zəlimxanın üç mindən artıq misralı şeirləri onu göstərir ki, belə bir başlanğıcın gözəl gələcəyi, geniş üfüqü olmalıdır.

   Gənc şair coşqundur, öz şeir yaradıcılığında gələcəklidir. Mən ürəkdən inanıram ki, Zəlimxan gənc şairlər içərisində öz ləyaqətli yerini tutmaqdadır və tutmuşdur.  

   Zəlimxan Yusif oğlu Yaqubov Azərbaycan yazıçıları, şairləri sırasında üzv kimi müəyyən mövqe tutmağa layiqdir.

   Gözəl şəxsiyyətini, ehtiraslı, dolğun yaradıcılığını nəzərə ala­raq mən, Zəlimxan Yaquba Yazıçılar İttifaqına üzv olmaq üçün zə­­manət verirəm və əmin olduğumu bildirirəm ki, cavan şairimiz Zə­limxan bizim etimadımızı doğruldacaqdır, yaradıcılığı ilə bi­zim şeir aləmində öz dəst-xətti ilə özünü nümayiş etdirəcəkdir. Öz oxucularının təsəvvüründə mənalı, ləyaqətli bir şair kimi hörmətə layiqdir.

   Yuxarıda yazılanlara əsasən məmnuniyyətlə Zəlimxan Yusif  oğluna Yazıçılar İttifaqına daxil olmağı üçün zəmanət verirəm.

   Ürəkdən inanıram ki, Zəlimxan bizim zəngin şeir aləmində boy atacaqdır.

   Onun Yazıçılar İttifaqında üzv olmağı, onun özünə də, bizim şeirimizə də bar-bəhrəsini verəcəkdir.

 

 

 

 

21.12.1980

  Geri