Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ÖZ SƏSİNDƏ ÜZƏN ŞAİR

 

 

Vaqif SƏMƏDOĞLU

 

ÖZ SƏSİNDƏ ÜZƏN ŞAİR

 

   Şeirlərimdə hərdən zilə qalxmaq istəmişəm. Öz bəm musi­qim­dən bəzən yorulub, bəzən də qələmimi sınağa, imtahana çək­mək məqsədi ilə. Amma görmüşəm ki, yuxarı pərdələrdə oxumaq­dan ötrü ya Allahdan istedad mandatı almalısan, ya davarlığının sazını bu kökdə sazlamalısan. Bəmin öz əzabı var bu dü­nyada, zilin öz məşəqqəti. Bəmin sevinci olduğu kimi, zilin də öz səadəti var. Təki, səmimi olasan. Öz səsində üzməyi ba­ca­rasan. İstər zil olsun, istər bəm... Zəlimxan Yaqub! Bu şair dostumu bir kərə görmədim ki, qol-qanad açdığı zil poezi­yasının ən dərin yer­lə­rində, ən uca dalğalarında aciz qalsın, istədiyi təkin üzə bilməsin. Qol­ları azacıq yorulanda Zəlimxanın imdad diləyən səsini eşit­mi­şəm, heyrətdən dolan gözlərini görmüşəm. Köməyə Azər­bay­canı çağırıb, ana yurdu, el-obası qol-qanad aça bilməyəndə qə­hər­lənib. Ancaq özünə, öz taleyinə kimisə yanmağa, ən yaxın bir adamı belə ağlamağa çağırmayıb. Və bircə kərə də öz səsindən aşa­ğı enməyib, öz pərdəsindən çıxmayıb. Tutduğunu deyib, tut­du­ğunaçağırıb. Allahın verdiyi insan taleyini adam oğlu kimi ya­şa­yıb. Mənəvi ağrılar qarşısında baş əyməyib, fiziki ağrılar onun be­lini əyə bil­məyib. Şükür. Min şükür. Şükürlər olsun ki, Azər­baycan po­eziyasının övladlarıyıq. Min səsli, min nəfəsli şeiri­mi­zin ba­lalarıyıq. Öz sözümüzü deməyə Yaradan hərəmizə bir pər­də, bir boğaz verib, onu ürəyimizə, beynimizə calayıb. Və bu sə­nət dün­yasında öz səsinə arxa çevirən, öz pərdəsindən çıxan mə­nə­vi ölümə məhkumdur. Gələcək taleyinə sadiq qalanları se­və­cək, keç­miş onların arxasında duracaq. Bunu tarix sübut etdi. Bunu bir sı­raşairlərimizın, o cümlədən Zəlimxan Yaqubun timsalında gör­dük. Muğamatımızda olduğu kimi, şeirimizdə də zilxanlar, pəs­xan­lar var. Təbiətimizdə gördüyümüz qədərdirsinəmizdən çıxan söz­lərin rəngləri. Təki, öz səsin olsun. Öz səsində üzə bilən şairlərin olsun. Zəlimxan Yaqub kimi!

 

 

 

 

 

 

 

 

 

  Geri