Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLMAĞI BACARAN İNSAN

 

Mahir QARAYEV 

OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ

OLMAĞI BACARAN İNSAN

 

   Mənim Zəlimxan bəylə ilk ünsiyyətim Naxçıvanda, Cavidin məq­bərəsinin rəsmi açılışında baş verib. Sonra daha bir neçə ma­raqlı görüşümüz olub ki, bu barədə mən “Ömrümdə adamlar” kitabında ətraflı bəhs etmişəm.

    Zəlimxan Yaqub  şairdir, vətəndaşdır, ictimai vəzifə sahibidir, millət vəkilidir... Və bütün bu rəsmi, qeyri-rəsmi “postlarda” o hər şeydən öncə hamıdan məğrur, hamıdan ötkəm görünən zərif və səmimi bir İnsan, “olduğu kimi görünən, göründüyü kimi olmağı” ba­caran tək-tük adamlardan biridir. Mən Zəlimxan Yaqubun və­zi­fəsindən asılı olmayaraq, kiməsə tərif dediyini (istər adi şair olsun, istər Prezident) də, kimisə tənqid etdiyini də (hərçənd tən­qid etməyi, kiminsə qəlbinə toxunmağı o qədər də istəmir və bunu pis bacarır) çox görmüşəm. Və onun tərifıni də qiymətlən­dir­mi­şəm, tənqidini, umu-küsüsünü də – çünki Zəlimxan bəyin tərifi də, tən­qidi də heç vaxt boğazdan yuxarı olmayıb; həmişə səmimi olub, ürəkdən gəlib. Və mən indiyəcən hansı məclislərdə, kim­lə­rin əhatəsində əyləşməsindən asılı olmayaraq, Zəlimxan bəyin kimdənsə çəkindiyini, kimdənsə sıxıldığını, kiminsə yanında qı­sıl­dığını görməmişəm – bu isə, hesab edirəm ki, şəxsiyyət bü­töv­lüyünün və insan təmizliyinin ən ali nümunəsidir.

    Bu insanın şair qəlbində heç kəsə qarşı zərrə qədər olsa kin, qəzəb, paxıllıq hissi yoxdur. Hərdən fıkirləşirəm ki, əgər 30-cu illərdə rəhbərimizin “ədəbiyyat üzrə baş məşvərətçisi” Zəlimxan Yaqub xislətli bir adam olsaydı, bircə şairimiz də güllələnməz, sürgünə göndərilməzdi...

  Geri