Təltifləri və mükafatları
Kitablar
Məqalələr
Deyilənər
Şeirlər
Kitabları
Məqalələri
Müsahibələri
Şeirləri
Biblioqrafiya
Şəkillər
Portretlər
Tədbirlərdə çəkilmiş
Doğmalar arasında
Səfərlərdə
Zəlimxan Yaqub - 65
Video
Audio
Sözlərinə yazılmış mahnılar
Audio
Məqalələr
ÖZ SƏSİNDƏ ÜZƏN ŞAİR
Şeirlərimdə hərdən zilə qalxmaq istəmişəm. Öz bəm musiqimdən bəzən yorulub, bəzən də qələmimi sınağa, imtahana çəkmək məqsədi ilə. Amma görmüşəm ki, yuxarı pərdələrdə oxumaqdan ötrü ya Allahdan istedad mandatı almalısan, ya davarlığının sazını bu kökdə sazlamalısan. Bəmin öz əzabı var bu dünyada, zilin öz məşəqqəti. Bəmin sevinci olduğu kimi, zilin də öz səadəti var. Təki, səmimi olasan. Öz səsində üzməyi bacarasan. İstər zil olsun, istər bəm... Zəlimxan Yaqub!
ƏZİZİM ZƏLİMXAN!
«Aşıq Hüseyn Saraclı dastanı»nın mənə göndərdiyin əlyazmasını get-gedə artan bir maraq və həvəslə oxudum və səni ciddi (həm də prinsipial!) yaradıcılıq uğuru münasibətilə ürəkdən təbrik edirəm. Mən nə üçün bu əsəri ciddi (və prinsipial!) yaradıcılıq uğuru hesab edirəm? Çox qısaca, ona görə ki: 1. Azərbaycan ədəbiyyatında şairlərin də, nasirlərin də, hətta sovet dönəmi «oçerk ustaları»nın da bəzən «dastan» adlandırdıqları bir çox nümunələr olmasına baxmayaraq, «dastan» yalnız
AĞSAQQAL UŞAQ
Təxminən 30 il bundan qabaq hörmət etdiyim kənd adamlarından biri Zəlimxan haqqında dedi: “Ağsaqqal uşaqdı... “ Yadımdadı, düşüncəmdə qəribə hisslər dolaşdı... Qədim uşaqdı, yəqin ona görə belə deyirlər. Qədim uşaq ... yəni yaşından qat-qat yaşlı görükən, üzü-gözü dərdə, ağrıya tanış olan, uşaq üçün çətin də olsa susmağı bacaran, daha çox böyüklər məclisinə can atan, çox-çox qədimlərin və sonraların olan-qalan mərifətini-hörmətini yaşadan uşaq – Adam.
LİRİK POEZİYANIN EPİK LƏNGƏRİ
Milli özünüdərkin ən mühüm vasitələrindən biri şifahi xalq ədəbiyyatına və klassik poeziyaya qayıdışdır. Əlbəttə, milli məni dərk etmək üçün keçmişə qayıtmaq yeganə yol deyildir. Daha doğrusu, müasir milli mən, heç şübhəsiz, keçmişdəkindən xeyli fərqlidir. O, keçmiş tarixi mərhələlərdəki milli məni genetik olaraq özündə saxlayan, lakin həm də yeni dövrün acılı-şirinli töhfələrini ehtiva edən bütöv mədəni-mənəvi bir sistemdir. Lakin itirilmiş, unudulmuş mənəvi dəyərlər də var.
BÖYÜK ŞAİRLƏR PEYĞƏMBƏRLƏRDƏN SONRA GƏLİR
Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı... Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədəbiyyatı dar sinələrin məhbəsindən qurtararaq minlərin, milyonların mənəvi istifadəsinə verdi. O, yalnız “öz şeri”ni yazıb-oxumaqla kifayətlənmədi, nə qədər böyük istedad sahibi olsa da, yalnız özündən demədi, Azərbaycan xalqının
«BU YAŞIL AĞACIN ALTI BİZİMDİR»
Xoş gəlib, səfa gətirmisən sazlı, sözlü, dastanlı şairimiz! Heca vəzninin sanki «qalıblaşmış» ölçüləri çərçivəsində şeirimizə nə qədər çalarlar gətirmisən hünərli şairimiz! Hecada hər ustadımızın özünün nəfəsi, özünün söz söyləmək, misra qurmaq, bənd hörmək fərqi o qədər bənzərsiz olur ki, sayı çox olmayan şeir janrlarımız onları qəlibə sala bilmir. Orada sözlərin hərəsi al-əlvan çiçəkli çəmənlikdəki rəngbərəngliyə bənzəyir, göz oxşayır, gözümüzü alacalandırır. Saz da beləcədir.
OLİMPƏ GEDƏN YOLDA
Azərbaycan şeirinin müasir dövrdəki ən parlaq simalarından olan Zəlimxan Yaqub xalqımızın mənəvi dünyasının poetik təzahürüdür. O, xalq poeziyasının bağrından qopub gəlir və ruhumuzun, qəlbimizin şairi tək ürəklərə sevgi ilə daxil olur. Böyük kədər hissini də ancaq böyük sevgi ilə yaşayanlar ifadə edə bilər. Şairin poetik qüdrətinin məhsulu olan «Böyük ömrün dastanı» əsəri də məhz qəm və məhəbbətin, həzinlik və pafosun vəhdətindən doğulmuşdur.
BÜLBÜL NƏĞMƏSİNƏ GÖRƏ SEVİLİR
Şair haqqında ən doğru, ən obyektiv sözü oxucular deyir. Hər bir yazanın reytinq balı onun oxucularının miqdarına bərabərdir. Hər bədii söz şeir deyil. Ağıllı, hikmətli sözə şeir demək olmaz, çünki didaktikadır. Bəs, elə isə şeir nədir? – sualına özümüz cavab verməyə çalışaq; əlbəttə, bu fikrin subyektivliyinə özüm hamıdan çox inanıram.
ƏZİZ ŞAİRİM, FƏXRİM, VÜQARIM ZƏLİMXAN, SALAM!
75 yaşımın tamamlandığı günü Muganı elm-şeir-sənət bayramına çevirdiyiniz üçün sağ olun, minnətdaram! Təkrarsız, fltri istedadınızı Allah qorusun! Böyük istedadlar onlara verilmiş ilahi verginin çox zaman fərqinə varmırlar. Sizdəki qaynar ilham da, qeyri-adi yaddaş da, könlümü ovsunlayan sadəlik də... fövqəlbəşəridir. Belə nadir Allah vergisi hər sənətkara qismət olmur.
DÜŞMƏNLƏRƏ GÖZ DAĞI, DOSTLARA YARAQ QALA – ÇIRAQQALA
Hər dəfə Zəlimxan Yaqubun şeirlərini oxuyanda, yaxud da, sinədəftər şairin öz söyləməsində dinləyəndə istər-istəməz içimdə nə vaxtsa, haradasa keçirdiyim kövrək, doğma, ilıq bir duyğu oyanır. Və hər dəfə də mənə elə gəlir ki, onun nəzmə düzdüyü təşbehləri, sözləri, fıkirləri mən də söyləyə bilərəm.
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|