Təltifləri və mükafatları
Kitablar
Məqalələr
Deyilənər
Şeirlər
Kitabları
Məqalələri
Müsahibələri
Şeirləri
Biblioqrafiya
Şəkillər
Portretlər
Tədbirlərdə çəkilmiş
Doğmalar arasında
Səfərlərdə
Zəlimxan Yaqub - 65
Video
Audio
Sözlərinə yazılmış mahnılar
Audio
Məqalələr
ZƏMANƏT
Zəlimxan gənc, istedadlı şairdir. O, 1970-ci ildən öz şeirləri ilə mətbuat səhifələrində çap olunmaqdadır. Zəlimxanın “Könlümün səsi” şeirlər məcmuəsi oxucuların hüsn-rəğbətini qazanmışdır. Zəlimxanın üç mindən artıq misralı şeirləri onu göstərir ki, belə bir başlanğıcın gözəl gələcəyi, geniş üfüqü olmalıdır.
“BİZ BİR EŞQİN BUTASIYIQ”
Özümü az-çox dərk edəndən bəri özümdən əvvəlki nəslin bütün nümayəndələrindən – atamdan, anamdan, qohum-qardaşımdan və ələlxüsus müəllimlərimdən eşitdiyim bir kəlam sırğa olub daim qulaqlarımda səslənib: xalqa arxalan, elin hörmətini qazan, xalqa arxa çevirmə! Bu kəlamın həqiqətinə gənclikdə də inanmışam, indi də. Yaş ötdükcə daha çox inanıram. Ona da əminəm ki, sabah daha çox inanacağam. Xalqa arxa çevirənlərin arxasını həmişə yerdə görmüşük.
HARDAN GƏLİR ZƏLİMXAN?
Şair Zəlimxan Yaqubun “Şərq” qəzetinin 14 may 2000-ci il sayında dərc edilmiş “50 yaşın dastanı” poemasını böyük məmnuniyyətlə oxudum. Ertəsi gün tanışlarım, dostlarım zəng edib poema haqqında mənim fikrimi soruşdular. Bildirdim. Amma zəng edənlərin sayı çox olduğundan fikirmi mətbuatda oxucularla bölüşmək qərarına gəldim. Bazar iqtisadiyyatının ölkəmizdə addım-addım irəliləməsi ilə şeirin, sənətin yavaş-yavaş aradan çıxacağını güman edənlər, məncə, səhv edir.
DÜNYAYA BİR BAXIŞ
Şairin özünəməxsusluğu, onun şeirlərinin, adının oxucular arasında hörmət qazanması ona ictimai mükafatdır. Oxucuların sağlam bədii zövqünü oxşayan poeziya geniş yayılır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə sevilirlər. Gənclikdən öz mənəvi köklərinə bağlı şairlərin yetişməsi poeziyamızın gözəl gələcəyindən xəbər verir. Belə şairlərimizin istedadlı nümayəndələrindən bizi Zəlimxan Yaqubdur.
SAZIN VƏ SÖZÜN VƏHDƏTİNİ YARADAN ŞAİR
Tanrı insanı yaradarkən ona bir çox qabiliyyətlər verib. Onların sırasında ən nəcibi və ən dərini söz deməkdir, söz düzümünün zirvəsi isə şeirdir. Söz düzümünün zirvəsinə çatmaq istedadını isə Tanrı öz seçmə övladlarına verir, hər kimsəyə bu qismət olmur. İnsanlar müxtəlif olduqları kimi, onların söz düzümünü yaratmaq qabiliyyəti də, şairlik istedadı da, istər mənbə, istər üslub, istər tərz nöqteyi-nəzərincə müxtəlif olur. Şairin də təkrarolunmamağı məhz bununla qiymətlənir.
ELDƏN GƏLƏN YOL, ELDƏN BAŞLANAR
Maddi yönlü «arzulara» çatan kimi cavabsız bir sonra sualı ilə üzləşir, bir «arzu» da köhnəlirsən. Belə «arzular» insan yüksəlişinə başlanğıc ola bilmir, çox olsa, onlar istəkdir, vasitədir, məqsəd olmur. Elmi işçilik həyatımızdan bir misal gətirmək istəyirəm. Laboratoriyanın qiymətli elmi avadanlıqla «bəzənməsinin» məqsədə çevrilməsi və belə bir «bəzəyin» elmi iş göstəricisi olması çoxlarını düşündürmüş olar.
OT KÖKÜ ÜSTƏ BİTƏR
Zəlimxan Yaqub o qədər də yaşlı deyil, etirazına baxmayaraq hətta demək olar ki, gəncdir, amma yaradıcılığının poetik məntiqinə varanda Zəlimxanı aşıq Ələsgər yaşda, aşıq Hüseyn Saraclı yaşda görürəm – xətrinə dəyməsə deyərdim ki, Zəlimxan öz şeirlərində Osman Sarıvəllidən də ahıl görünür. Və bu ahıllıq Zəlimxanın yaradıcılığının məzmunundadır, intonasiyasındadır, bir az da dərinə getsək, kökündədir – “Atalı-atasız günlərin şeirləri”ndə dediyi kimi...
OXU, SAZ
Üzərində «ocaq» sözü yazılmış kitabları çox oxumuşam: çeşmənin gözündən axan duru su kimi əyilib çox ocaqdan saf işıq seli içmişəm, «od almışam», isinmişəm. Elə də olub ki, «ocağın» qorunda qara kabusun, külündə zülmətin cəsədini tanımışam. Hətta bizim əsrdə də odu Olimpdən və Allahlardan yox... zülmətdən və İblisdən oğurlayıb insana gətirən «bəşər dostları»na rast gəlmişəm.
ƏCDADIN YADDAŞ HARAYI: HALALLIQ
Ruh kimi poeziya da həmişə bizim hələ gəlib çatmadığımız yerdə olur. Kamillik və tərəqqi poeziyaya çatmaq üçün gətirdiyimiz yol deməkdir. Təklikdə şair də, tam halda şeir də, bütövlükdə millət də həmişə belə əbədi yolda, belə əbədi səfərdə yol yoldaşıdır. Bu mənada poeziya qövsü-qüzehə, ilğıma da bənzəyir: sən ona yaxınlaşdıqca o, səndən uzaqlaşır.
"HAQDAN GƏLƏN HARAY"
Bu bir həqiqətdir ki, Zəlimxan Yaqub söz sənətkarı kimi başdan-ayağa istedad sahibidir. Bu, onun yaradıcılıq fəaliyyətinin bütün sahələrində özünü göstərir. Əvvəla, onu etiraf eləməliyik ki, Zəlimxan şair və dramaturq olmaqdan əvvəl, sözün həqiqi mənasında aşıqdır. Özü də Borçalı aşıq məktəbinin yetirməsidir.
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|