Təltifləri və mükafatları
Kitablar
Məqalələr
Deyilənər
Şeirlər
Kitabları
Məqalələri
Müsahibələri
Şeirləri
Biblioqrafiya
Şəkillər
Portretlər
Tədbirlərdə çəkilmiş
Doğmalar arasında
Səfərlərdə
Zəlimxan Yaqub - 65
Video
Audio
Sözlərinə yazılmış mahnılar
Audio
Məqalələr
O GÖRÜŞLƏR
El-obanın sevimli saz-söz adamı, qələm dostumuz Zəlimxanı torpağa tapşırıb, dəfn mərasimindən qayıdanda onunla son görüşümü xatırladım. Heç elə də çox vaxt keçməyib. Keçən ilin ilk payız günlərinin birində Buynuz kəndində evdə idim. Mənə zəng gəldi. Zəlimxan idi, İsmayıllının Basqal kəndindən zəng edirdi.
Zəlimxan Yaqub Milli Məclisdə kimə aşiq olub?-ELDAR SABİROĞLU ÖTƏN İLLƏRİN SİRRİNİ AÇDI
Milli Məclisin sabiq üzvü, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu şair Zəlimxan Yaqubla bir xatirəsi barədə Gununsesi.info-ya məktub yollayıb. Sabiq millət vəkilinin redaksiyamıza yolladığı məktubda xalq şairi Zəlimxan Yaqubun heç yerdə dərc olunmayan bir şeiri də əks olunub.
Tamaşa qıl bu karvana... - Zəlimxan Yaqub haqqında xatirə
Xalqın sevilən şairi Zəlimxan Yaqub bizləri tərk edib, dünyasım dəyişdi. Yəqin ki, bu itkiyə vaysınmayan az adam tapılar. Mən isə bu itkinin ağırlığını sözlə ifadə etməkdə acizəm... Fəqət təsəlli tapıram ki, yaradıcı insanın ömrü əbədidir. O ki, söz adamı ola...
Prezident İlham Əliyev
...Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib.
"ZƏLİMXAN YAQUB TƏPƏDƏN DIRNAĞACAN XALQ ADAMI İDİ"
"Şairin yaradıcılığı onun həyatının, dünyagörüşünün, tarixə, bugünə, yaşadığı cəmiyyətə və dəyərlərə münasibətinin, həm də fərdi xarakterinin güzgüsüdür. Bu baxımdan Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığı onun ədəbiyyatımızdaki yerini müəyyənləşdirmək üçün ən etibarlı bələdçidir."
ZƏLİMXANDAN SONRAKI FACEBOOK MƏNZƏRƏLƏRİ
Tanınmış şəxsiyyətlər həm də başqalarının dəyərini ölçmək üçün barometrə çevrilir. Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra sosial şəbəkələri izləmək kifayət idi ki, yazı-pozu əhlinin əsəblərinin vəziyyətini, ictimai mövqeyini, xasiyyətini, mənəvi-əxlaqi keyfiyyətlərini, ədəbiyyata, sözə münasibətini rahatca müşahidə edəsən. Birinci qisim adamlar ifrat aludəçilər idi. Onlara elə gəlirdi ki, Zəlimxan ölümü ilə Azərbaycan ədəbiyyatı, Azərbaycan şeiri çökəcək.
Hansı gün Zəlimxan ölüb desələr, O gün, bircə dəfə “of” çəkərsiniz...
Nə az, nə çox, düz 50 il sözlə çarpışdı, sözə boylandı Zəlimxan Yaqub. Bu yola 15 yaşında çıxmışdı. Kəpənəkçidə, sazın-sözün içində böyümüşdü. Yaxşı bilirdi ki, bu yolda Azərbaycanı tanıdan nəhənglər var, hər sözü dünya boyda olan kişilər var. Bu yolda var olmağın, özünü təsdiq etməyin böyük hünər olduğunu anlamamaq mümkünsüz idi. Ona görə də könül verdiyi şeirin əlçatmaz zirvəsində özünü təsdiqləmək üçün çox yuxusuz gecələr keçirdi.
ZƏLİMXAN YAQUBUN YANIQ KƏRƏMİSİ
Yardımlıda, Savalanla üz-üzə, vaxtilə Şah İsmayıl Xətainin ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada, arandan başlayaraq, hər yerdə gədiklərlə, dağların sırtıyla uzanıb Ərdəbilə doğru aşan El Yoluyla Güneylə aramızı kəsən sərhəddə doğru addımlayırdıq. Yayın əvvəli olsa da burda bahar hələ yenicə başlanırdı, dəniz dalğaları kimi bir-birini əvəz edən aşırımlar başdan-başa mavi, sarı, bənövşəyi çiçəklərlə bəzənmişdi.
ZƏLİMXANI ZİYARƏTƏ GƏLMİŞİK...
İyun ayının 13-ü, şənbə günü idi. Evdə oturub televizora baxırdım. Əl telefonuma zəng gəldi. Nömrəyə diqqət kəsildim. Tanış nömrə idi. Söhbətə özü körpü saldı: -Salam, ağa! Hər vaxtınız xeyir! Təbrizli dostunuz Zülfüqar Abdullahidir. Qardaşım Hacı Balaca Abdullahi ilə Bakının 70 kilometrliyindəyik. Necəsiniz? Gəlirik həm sizinlə görüşək, həm də sonuncu dəfə vədələşdiyimiz kimi, mümkünsə, ustad şair Zəlimxanla görüşək. Onun ziyarətinə gəlmişik.
"DÜNYA ÇİÇƏK, İNSAN OĞLU ARIDI"
Təqribən bir ay bundan öncə mənim üçün çox dəyərli ziyalılardan olan Musa Nəbioğluyla qarşılaşdıq, hal-əhval tutduq. Və sözarası ona bildirdim ki, ustadın yeni kitabının sorağını almışam. Atalar deyib ki, arifə bir işarə kifayət edər. Elə mənim bir kəlməm də cəmi bir gün sonra öz bəhrəsini verdi. Musa Nəbioğlu mənə böyük şairimiz Zəlimxan Yaqubun "Dünya çiçək, insan oğlu arıdı" adlı nəfis tərtib olunmuş "Şərq-Qərb" nəşriyyat evində işıq üzü görmüş kitabını çatdırdı.
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|