
"Uca sözün işığında"
Tərtibçi: Musa NƏBİOĞLU
Uca sözün işığında. Bakı, “Elm və Təhsil”, 2009. – 24 səh.

"Zəlimxan Yaqub - 60"
Tərtibçi: Musa NƏBİOĞLU
"Zəlimxan Yaqub ədəbi düşüncədə"
Redaktor: Musa NƏBİOĞLU
Kitabda Xalq şairi Zəlimxan Yaqubla bağlı görkəmli dövlət xadimlərinin fikirləri, tanınmış elm adamlarının, ədəbiyyatşünasların, şair və publisistlərin onun yaradıcılığına həsr etdiklıri məqalələr toplanmışdır.
Zəlimxan Yaqub ədəbi düşüncədə (I cild).
Bakı, “Vətən” nəşriyyatı, 2009. 360 səh.

"Zəlimxan Yaqub ədəbi düşüncədə"
Redaktor: Musa NƏBİOĞLU
Kitabda Xalq şairi Zəlimxan Yaqubla bağlı görkəmli dövlət xadimlərinin fikirləri, tanınmış elm adamlarının, ədəbiyyatşünasların, şair və publisistlərin onun yaradıcılığına həsr etdiklıri məqalələr toplanmışdır.
Zəlimxan Yaqub ədəbi düşüncədə (II cild).
Bakı, “Vətən” nəşriyyatı, 2009. 370 səh.

"Zəlimxan Yaqub ədəbi düşüncədə"
Tərtib edəni və redaktoru: Musa NƏBİOĞLU
Kitabda tanınmış ictimai xadimlərinin, şair və yazıçıların, ədəbiyyatşünasların Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş yazıları yer alıb.
Zəlimxan Yaqub ədəbi düşüncədə (III cild).
Bakı, “Vətən” nəşriyyatı, 2014. 332 səh.

"EZEL-AHIR DÜNYA TÜRKÜN DÜNYASI"
Müəllif: Azər TURAN
Türkiyə Türkcəsinə uyğunlaşdıran: Nizaməddin ONK
Ankara, 2009

"Əzəl-axır dünya türkün dünyası"
Müəllif: Turan Azər
Azər Turan təqdim olunan "Əzəl-axır dünya türkün dünyası" kitabında Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığını türklük, islam və müasirlik işığında araşdırır.
Turan Azər. "Əzəl-axır dünya türkün dünyası".
Bakı, "Vətən" nəşriyyatı, 2007.- 210 s.

"Olimpə gedən yolda"
Müəllif: Əmirxan Xəlilov
Elmi redaktor: Nizami Cəfərov
Kitabda Azərbaycanın seçilib sayılan şairi Z.Yaqubun həyat və yaradıcılıq yolu tədqiq edilir. Şairin lirik şeirləri və poemalarının təhlilinə həsr olunmuş bu kitab ilk təşəbbüslərdən biridir. Kitabda şairin həyata, insanlığa, sözə-sənətə baxışını əks etdirən 500-dən çox seçmə beytləri, aforistik misraları verilmişdir. Şairə həsr olunmuş şeirlər, haqqında yazılan məqalələrdən qısa sətirlər, tərcümeyi halından bəzi fraqmentlər də əlavə olunmuşdur.
Kitab ali məktəb tələbələri və geniş oxucu üçün nəzərdə tutulmuşdur.
Ə.M.Xəlilov. Olimpə gedən yolda (Xalq şairi Zəlimxan Yaqub). Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2005.- 174 s.

"Zəlimxan Yaqubdan yazılanlar
Redaktor: Azər Bağırov
Zəlimxan Yaqubdan yazılanlar. (Məqalələr toplusu)
Bakı, Vətən, 2005.- 403 s.

"Zəlimxan Yaqub yaradıcılığı tərbiyə anlamında"
Müəllif: Fərhad Xubanlı
Elmi redaktor: Şəmistan Mikayılov
Redaktor: Nəriman Əbdürrəhmanlı
Kitabda şair Zəlimxan Yaqubun yaradıcılığı diqqətlə izlənilir, müxtəlif mövzularda yazdığı sərlərin əxlaqi təsir gücü və tərbiyəvi əhəmiyyəti konkret nümunələrlə şərh edilir, şairin ədəbi irsini xalq pedaqogikasına bağlayan əsas istiqamətlər müəyyənləşdirilir.
Əsərdən şagirdlər, orta ümumtəhsil məktəblərinin müəllimləri, tələbələr, habelə, gənc nəslin tərbiyəsi ilə məşğul olan digər mütəxəssislər də istifadə edə bilərlər.
Əsər Azərbaycan-Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunub.
Xubanlı, F. Zəlimxan Yaqub yaradıcılığı tərbiyə anlamında. Bakı, Elm və həyat, 1998.

"Zəlimxan Yaqub yaradıcılığında vətənpərvərlik tərbiyəsi"
Müəllif: R.Ə.Məhərrəmov
Redaktoru: Məcid Əliyev
Tədris vəsaitində Zəlimxan Yaqubun yaradıcılığı əsas götürülməklə vətənpərvərlik tərbiyəsinin mahiyyəti, şagirdlərə öyrədilməsi yolları, vasitələri, qəbuletmə şəraiti şərh olunmuşdur.
Vəsaitdən tələbələr, müəllimlər, təhsil işçiləri istifadə edə bilərlər.
Əsər H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutunun Qazax filialının elmi şurasında təsdiq edilmişdir.
Azərbaycan Respubliksaı Təhsil Nazirliyi. Bakı, 1996

"Ölməzlik nəğməsi"
Müəllif: Əli Rza Xələfli
Redaktoru: Qəzənfər Paşayev
Tanınmış şair-publisist Əli Rza Xələflinin "Ölməzlik nəğməsi" əsəri Xaql şairi, görkəmli sənətkar Zəlimxan Yaqubun "Əbədiyyət dastanı" (birinci hissə) poemasının motivləri əsasında ədəbi qeydlər kimi qələmə alınıb. Əsərin essevari üslubda, ədəbi düşüncələr kimi yazılması oxucu marağını təmin edir.
Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu). Ölməzlik nəğməsi (ədəbi qeydlər). - Bakı, Vətən, 2013.