Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Zəlimxan Yaqub: "Qıymaram ki, Anarın topuğundan duran bir adam onu təhqir eləsin"

Zəlimxan Yaqub: "Qıymaram ki, Anarın topuğundan duran bir adam onu

   təhqir eləsin"

Zəlimxan Yaqub: "Qıymaram ki, Anarın topuğundan duran bir adam onu təhqir eləsin" - MÜSAHİBƏ

   Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubla müsahibə yox, könül söhbəti elədik. İndi dünyadan, insandan, yazıçıdan anlamayan adamlar  qalmaqallı müsahibə oxumaq istəyirlər. Əvvəlcədən deyim ki, onlar bu söhbətdən ləzzət ala bilməyəcəklər. Çünki bizim məqsədimiz Zəlimxan Yaqubdan müsahibə almaq deyildi. Onunla könül söhbəti etmək idi. Amma deyəsən arzumuza çatdıq haaa...

"Şeirin ölməsi üçün birinci insan ölməlidi"
 
- Son illər  şeirin zamanının keçməsi ilə  bağlı müəyyən mülahizələr səslənir. Sizin bu fikrə münasibətiniz?
 
- Çox sağ ol, çox gözəl sualdır və bu suala mənim böyük eşq ilə verəcəyim cavab var. Bu suala cavab vermək üçün birinci gəl görək şeir nədi. Şeir bütövlükdə insandı, insanın duyğularıdı, sevincidi, kədəridi, uğurudu, qüsurudu, günahıdı, savabıdı, nifrətidi, qəzəbidi, qabarıb-çəkilməsidir. Bütövlükdə insanın duyğularıdı. Bunların insan tərəfindən poetik şəkildə qarşıdakı insana təqdimatıdı. Şeirin ölməsi üçün birinci insan ölməlidi. Bu heç vaxt olmayacaq. Yevtuşenkonun bir şeiri var: əgər dünyada bircə nəfər adam qalsa, demək bəşəriyyət sağ-salamatdı. Məni səmimi başa düşün, xahiş edirəm, uşaq deyiləm, 60 yaşım var, bu gün təcrübənin dilindən danışmağa mənəvi haqqım var. Mən bu 60 ildə nə gördüm? Hansı şairlər ki sağ ikən ölüb, ruhən ölüb, cismən ölüb, qələmi  qısırlaşıb, oxucunun qarşısında gözü kölgəlidir, dili danışmır, qələmi işləmir- həmişə “şeir öldü” sözünü onlar işlədir. Şeir necə ölə bilər ki, mən Şimallı-Cənublu Azərbaycanı, İranı, Türkiyəni qoyuram bir kənara, dünyanın harasına gedirəmsə, məni mənim şeirlərimlə qarşılayırlar. Mən onlara qonaqlıqmı vermişəm, hörmətmi eləmişəm, qayğımı göstərmişəm? Yəni şeir birbaşa insanın özüdür. Şeirin ölməsi üçün birinci insan ölməlidi. Bu da mümkün deyil. Sevimli şairimiz Hüseyn Arif demişkən, “neçə ki şeir var, həyat da vardır, yaşamaq həvəsi şeir deyilmi?” Bu sualın ən yaxşı cavabını da elə Hüseyn Arif verib: 
 
Məndən təzə şeir xəbər alan dost, 
bəs yazın gəlməsi şeir deyilmi? 
Çıxanda gəzməyə 
çəmənin, çölün 
Üzünə gülməsi şeir deyilmi?.. 
 
Şeir necə ölə bilər ki, mən bax səndən qabaq “Mövlanə” poemamdan Şəmsin Konya səfəri adlı bir fəslini tamamlamışam. Oxuyum,  tüklərin biz-biz olacaq. Bunu mən yazmamışam, yazdıran bir qüvvə var. Şeir necə ölə bilər ki, aradan az qala 850 il keçib, mən bu gün 12-ci əsrlə 21-ci əsrin arasındayam, Zəlimxan Mövlanə ilə, Şəmslə danışır. Bunlar hamısı şeirin hesabınadır.
 
"Ortaq türk dili məsələsi nə zaman pozuldu? O zaman ki Türkiyə Avropaya qaçdı"
 
- Məbuatda ortaq türkcə ilə bağlı müzakirələr var. Bu barədə fikirlərinizi bimək istərdim... 
 
- Mən bu mövzuya münasibətimi bildrmişəm bir neçə dəfə - həm yazılı, həm şifahi şəkildə. Xarici ölkələrdə, xüsusən Türkiyədə və televiziya ekranlarından da demişəm, əzizim, sənin o dediyin ortaq türk dilini yaradan kişilər olub. Bunu Füzüli, Nəvai yaradıb. Məhtimqulu yaradıb, Yunis İmrə yaradıb. Bunların hamısı məınim bu gün səıninlə danışdığım dildə danışıblar. Və bu gün qazax, özbək, qırğız, qaqauz, çuvaş, yakut dediyin, -bu sıranı nə qədər istəsən şaxələndirə bilərsən- bunların hamısının dili elə ortaq türk dilidir. Sadəcə otraq türk dilini bu gün işlək bir hala gətirmək üçün – zaman bizim qarşımıza böyük vəzifələr qoyur. Bu vəzifə də ondan ibarətdir ki, adını çəkdiyim bütün coğrafi ərazilərdə Azərbaycandan Türkiyəyə, cənubi Azərbaycana, Türküstana, Orta Asiyaya gediş-gəlişlərimiz, məclislərimiz çoxalmalıdır. İlk gündə tutaq ki, Qazaxıstana gedirəm, cümlədən 3 söz başa düşürəm. Üç gün keçəndən sonra görürəm ki, elə mənim dilimdir, başa düşürəm. Zəhmət çək, danış. Özbək də, qırğız da, türkmən də - hamısı belədi. Bu gün mən bu fikridəyəm ki, Yunus dədə ortaq dilimizi yaradıb. Və Anadoluyadək yol gəlmiş bütün türk dünyasını öz mənəvi varlığında birləşdirmiş bir adamdı. Ortaq türk dili məsələsi nə zaman pozuldu? O zaman ki Türkiyə Avropaya qaçdı, Əbdülhaq Hamidin, Namiq Kamalın, Tofiq Fikrətin, bu qəbildən olan şairlərin Avropadan gətirdikləri şeylərə, o parıltılara qaçmaq türk dilini korladı. Sən təsəvvür elə, ondan sonra Yəhya Kamal dili gəldi. Dumduru bulaq kimi. Fazil Qısakürək dili gəldi, Nazim Hikmət dili gəldi. Nazim Hikmət elə bil şeir yazmır, adamla söhbət eləyir. Bəs ortaq dil nəyə deyirsən? 
 
- İstər çar dövründə, istərsə də sovet dövründə bizi Səfəvilər dönəmində sazın saraya gəlməsi ilə formalaşmış irfani dünyagörüşdən məqsədli şəkildə uzaqlaşdırdılar. Çağdaş ədəbiyyatımızda da bir irfandan xəbərsizlik havası duyulur...
 
- Mən çox böyük inamla sağlam bir əqidə ilə dərk edərək deyirəm: Bu gün Azərbaycan xalqını xilas etməyin yolu irfani yola qayıtmaqdı. Niyə? Necə oldu ki, nə telefonu var, nə interneti, nə kompyuteri, nə qəzeti. Bir atı, bir qılıncı var, 13 yaşında şahlığa gəldi, 37 yaşında dünyadan getdi. Amma Azərbaycan dünyası yaratdı. Nəyin hesabına? Əlbəttə, irfanın hesabına. 
 
Yol daşını yol quşuna
Atma qadasın aldığım. 
...
 
Xətai, işin düşər,
Gəliş-gedişin düşər.
Çeynəmə çiy loxmanı,
Ağzından dişin düşər.
 
Bu dilin sahibi gəldi, mənim şahım oldu. Və bu dlin sahibi mənim şahım olmaqla Qurbaniyə sahib oldu, Miskin Abdala sahib oldu, bununla aşıq sənətinə bir möhür vurdu, şah möhürü. Və onunla irfan ədəbiyyatı qabardı. Gör nə qədər bu dünya idarə olundu. Nə qədər biz irfandan uzaqlaşırıqsa, o qədər dövlətimiz, dövlətçiliyimiz parçalanır, torpaqlarımız gedir, inamımız sarsılır, xarici qüvvələr bizi daha çox futbol topuna döndərir, daha çox təxribatlara apara bilir. İnamı sağlam, əqidəsi möhkəm olan, dünyagörüşü zəngin olan, təcrübəsi çox olan bir xalqı heç kim təxribata çəkə bilməz.
 
"Qərb də, Şərq də irfana qayıtmalıdı"
 
- Zəlimxan müəllim, eyni fikirləri ədəbiyyata aid etmək olar məncə...
 
- Ədəbiyyatı da heç kim təxribata çəkə bilməz. Bu yazdığım “Mövlanə işığı” poemasında bir yer var ki:
 
Nə ordu, nə qoşun, nə bir qəhrəman 
Sözün gücü qədər sərhədi aşmır. 
Dünyanın işləri çətin olacaq –
Dünya nə qədər ki Mövlanalaşmır. 
 
Nədir Mövlanələşmək? Nədi Yunuslaşmaq? Nədi irfanlaşmaq? Nədi inanc? Nədi iman? Bunlar odu ki, insanı bütöv saxlayır. İnsanı günahlardan təmizləyir, mələk səviyyəsinə qaldırır. İnsan maddi nemətlərə arxa çevirir. Mənəvi nemətlərə üz tutur. Dünya varını heçə sayır. Könül varını əsas sərvət kimi qəbul edir. İrfan işığında işıqlanan adamlar üçün bu dünyanın maddi nemətləi yox dərəcəsindədir. Ona görə bu gün məsələn tutaq ki, bir adam iyirmi mərtəbəli ev tikdirir. Amma onun içərisində irfan işığı olsa, o iyirmimərtəbəli evi təkcə özü üçün yox, 20 adam üçün tikər. Çünki o bilmir ki, bu onun müvəqqəti evidir. Burada qonaqdır. Mən burada öz evimdə qonağam. 50-ci ildə gəlmişəm, indi neçə ildən sonra çıxıb gedəcəm. Bu bədbəxt qonaq olduğunu bilmir. Çünki irfanı bilmir. İrfanı bilsən, sənin içərində iman işığı yansa, əynində olan son paltara qədər başqasına verərsən ki, mən çılpaq qalsam da, olar, sən üşümə. Budu irfan. Ona görə irfana qayıtmaq imana qayıtmaqdır. İnsanlığa qaytmaqdı. Mələkləşməyə qayıtmaqdı. Günahdan çıxıb, durulub, təmizlənib savaba qayıtmaqdı. Hər dəfə - bir dəfə, iki dəfə, üç dəfə - baxır adamına – cismani cəhətdən təmizlənmək üçün hamama gedirik. Mənəvi cəhətdən neçə dəfə təmizlənmək üçün mənəvi hamama gedirik? Faciə burdadadı. Həftədə üç dəfə bədənini təmizləyən insan bir ildə bir dəfə içərisini təmizləyə bilmir. Ona görə də... çox sağ ol ki, bu sual, bəlkə də, ən çox mənə aiddi indiki dövrün yazarları içərisində. Çünki “Yunis İmrə”ni, ”Peyğəmbər”i yazanda, "Ələsgər"i, "Saz"ı yazanda, “Mövlanə işığı” əsərini yazanda bu duyğuları həmişə yaşamışam. Mən eldə-obada, kənddə-kəsəkdə Elçinə yazdığım cavabda da bir yer var ki, Elçin müəllim, o Qoca Palıd bizim kənddəki Qara Uğurludu. Bəli, bu irfan adamlarından bizim kənddə görmüşəm. Onların nurunda işıqlanmışam. Zəlimxan elə birdən-birə Zəlimxan olmayıb. Bu irfanı mən kənddən götürmüşəm. Eldən-obadan götürmüşəm. İnsanlar var idi ki, varsız-dövlətsiz bir adam idi, hamı onun başına and içirdi. Çünki ağlı, təfəkkürü, sözü, əqidəsi, etiqadı var idi. Buna görə də dünya, bütünlükdə Qərb də, Şərq də irfana qayıtmalıdı. Qərbin özü Şərqə qayıtmalıdı. Bu bayağılıqdan, çılpaqlıdan zəngin Şərq mədəniyyətinə qayıtsın. İslam təfəkkürünə qayıtsın. Tolstoy kimi nəhəng – sən özün bilirsən ki, islamla bağlı nə fikirdə olub. Eləcə də dünyanın bir çox klassikləri.  Amma ən etalonunu götürürəm. Tolstoy, Dostoyevski kifayət edir ki, bunlar islama nə münasibətdə olublar. Puşkinin, Bayronun Quranla bağlı şeirləri var. Yəni bunlar elə-belə, boşuna deyil. Höte Qərbin-Şərqin ən böyük dahilərindən biridir, zarafat gəlməsin. Bu, balaca şey deyil, bu, bütövlükdə alman xalqı deməkdir. O, "Şərq-Qərb" divanında Peyğəmbərlə bağlı bir əsər yazıb. 
 
- Qüdrəti görüblər...
 
- Bəli, qüdrəti görüblər. Gör Qərb ədəbiyyatının nə qədər böyük nümayəndələrinin adını çəkdim. Niyə islam dininə, islam peyğəmbərinə bu dəyəri veriblər? Çünki bu böyüküyü, qüdrəti görüblər. Peyğəmbər bizim üçün insanlıq etalonudu, irfanın mənbəyi elə ondan gəlir. O həmişə deyirdi ki, çalış başqasını dövlətli elə, özün kasıb ol. Özün kasıb olduqca gözəlləşəcəksən. Özünü Allahın qarşısında nə qədər kiçildirsənsə, o qədər böyüyürsən. Nə qədər böyüyürsənsə, o qədər kiçilirsən, xırdalanırsan. Mən indi bir şeyi deyim ki, özünü dartan, oxlov udmuş kimi dümdüz yeriyən, yeriyəndə sağa-sola baxmayan, qocanın qarşısında təzim etməyən, cavana salam verməyən, düz gedən adamların hamısı, inanın, savadsız adamlardı. Dünyagörüşü olmayan adamlardı. Onlar bilsələr ki, Peyğəmbər, Nizami, Füzuli, Yunis İmrə sadəlik haqqında nə deyib, bu yekəxanalığı eləməzlər. Zəlimxan kimdi ki, deyə mən böyük şairəm. Gözünü açıb görüb ki, başının üstündə Füzuli var, Zəlimxan qələt eləyər elə ifadə işlədər. Əgər məndə bu gün az-çox böyüklük varsa, o, Zəlimxanın böyüklüyü deyil. Mənim ailəmdən gələn tərbiyənin böyüklüyüdü. Bu, xalqın özündən gələn böyüklükdü. Xalqın özündən gələn böyüklük gözəldi. Adam bunu çox şirin bir nemət kimi qəbul edir. Mən deyərdim, bu gün irfan işığı, irfan dünyası həmişəkindən daha çox bu dünyaya lazımdı. Bütün kainata lazımdı. Hətta dağıdanın özü irfandan nəsə başa düşsə, gedib dağıtmaz. Yəni irfan başdan-başa insaf üstündə olan bir şeydi. İnsaf dinin yarısıdı deyirlər. Bax bu, irfandı. Kim ki şəxsiyyət kimi irfan üstündədi, həmişə hörmətli olur, yüngül olur, yaxşı mənada çəkisizlik şəraitində olur, durulur, paklaşır. Yüz kilo ağırlığı var, elə bil ki, heç 10 qram da deyil, quşun, Səməndər quşunun lələyinə dönürsən. Çünki səndəki ürək genişliyi, içərində yanan irfan işığı, insanlara olan məhəbbətin... sən ona bir verirsən, o sənə beş qayıdır, səni gözəlləçdirir. Bu da olur irfan, iman işığı. Dünyanın irfana qayıtması.   Mən “Mövlanə işığı” poemasından bir fəsil oxuyacam sizə, orada bəzi şeyləri demişəm...
 
"Bu aşıqlar “İşıqlıdır lampaları qolxozun” havasında böyüyüblər"
 
- Zəlimxan müəllim, irfandan söz düşdü, siz həm də Aşıqlar Birliyinin sədrisiniz. Mənim üçün çox maraqlıdır, bu sovet dövründə uzaq düşdüyümüz irfana indiki aşıqlarda varmı bir qayıdış? Mən bildiyim qədərilə Aşıq Əli Quliyev bir az bilir. 
 
- Bilirsənmi, 1926-cı ildə türkoloji qurutltaydan sonra – sonradan o qurultayın bütün iştirakçılarını Stalin güllələtdi- Azərbaycanda irfanın kökü kəsildi.
 
- Bircə Türkiyədə olanlar canını qurtara bildi...
 
- Bəli. Stalinin bu addımı ilə də irfanın belinə daş qoyuldu. Söhbət ondan gedir ki, Ələsgərdən sonra da onun kimi irfan adamları ola bilərdi, məsələn, Aşıq Şəmşir çox böyük iman və irfan adamı idi. Söhbət yaradıcı aşıqlardan gedir, çünki burada mövzu başqadı. Aşıq Şəmşirdən sonra mən irfan aşığı görmədim. Demək olar ki, yoxdu. Yox dərəcəsindədi və yoxdu. Çünki bu aşıqlar “İşıqlıdır lampaları qolxozun” havasında böyüyən aşıqlar oldular.
 
"Anar yaxşı olar ki, ağsaqqalıb edib, hörmətlə öz yerini sonrakı nəslə versin"
 
- Söhbətimiz çox xoş olsa da, adamları narahat edən gündəmlə bağlı suallar da var. Bu sualı, bəlkə də, siz çox eşitmisiz, xüsusən son illər. Bildiyiniz kimi, AYB qarşıdan qurutlaya hazırlaşır, hər yerdə - çaxyanada-meyxanada, mətbuatda sədrliyə iddialı adamlardan biri kimi sizin də adınız çəkilir. Bu fikrə münasibətiniz. Keçən qurultayda da olmuşdu, siz çox sərt şəkildə bildirdiz ki, mənim Anarın yerində gözüm yoxdu...
 
- Onu deyim ki, bu suala çox geniş cavab verməyəcəm. Amma bir məsələ var: şəxsən Zəlimxan Yaqub Yazıçılar Birliyini necə görmək istəyir? Bu sualı belə qoymaq daha gözəldir. Mən Yazıçılar Birliyini necə görmək istəyirəm? Bütün yazıçıların evi kimi. Bütün yazıçıların ocağı kimi. Hamının ürəklə gəlib-getdiyi bir yer kimi. Kimdənsə çəkinmədən öz doğma ocağına gələn övlad kimi yazıçılar o ocağa gəlməlidir. O ocaq gur yanmalıdır. Orada divarlar soyuq olmamalıdır, orada sükut olmamalıdır, səssizlilk olmamalıdır. Və yazıçılara, şairlərə qayğı dövlət səviyyəsinə qalxmalıdır. Yazıçılar Birliyi ilə dövlətin arasında bir doğmalıq olmalıdır. Çünki Yazıçılar Birliyi millətlə dövlətin arasında bir körpüdür. Yazıçılar Birliyi bu gün o körpünü yaratmağa borcludur. Bu onun qarşısında duran vəzifədir. Başımıza hadisələr gələndə ən güclü etiraz dalğaları şairlərdən, yazıçılardan, bu məbəddən gəlməlidir. Hərə öz evində oturub cavab verməməlidir. Bax bu mənada orada böyük bir səmimiyyət dünyası yaratmaq laızmdı. Çünki yazıçılar, şairlər həddən çox incədirlər, həddən çox zərifdilər. Maddi cəhətdən çoxlu problemlərlə qarşılaşan adamlardı. Buna görə Yazıçılar Birliyində oturan adamlar dövlətin, rəhbərliyin diqqətini yazıçıların taleyinə cəlb eləməyi bacarmalıdı. Bunun səsini həm dövlət eşitməlidir, həm millət eşitməlidir. Sən gedib cəsarətlə sözünü deyib, dövlətin qarşısında tələblərini qoymalısan. Ədəbiyyat min illər boyu, bu gün daha çox xalqın söykəndiyi ilahi bir qüdrətdi. Sözdü bu. Heydər Əliyev gəldi, sözə söykəndi, yazıçıya, şairə söykəndi, onunla da uddu, hakimiyyətini möhkəmləndirdi. Yəni mən istəyərdim ki, bu gün Yazıçılar Birliyi ilə dövlətin arasında bir doğmalıq yaransın. Bu doğmalıqdan istifadə edib, yazıçılara, şairlərə şərait yaradasan. Telefon əlinin altında olsun. Min dənə problemi olan yazıçı, şair var, bunların heç birinin taleyinə biganə qalmaq olmaz. İmkan daxilində, gücümüz çatan dairədə biz bu gün gəncliyə daha çox qayğı göstərməliyik. Ağsaqqalların heç biri diqqətdən yayınmamalıdır. Bu 50-60 il müddətində nə qədər bizim böyük yazıçılarımız olub, indiki dönəmdə onların hamısı ilə bağlı tədbirlər vaxtlı-vaxtında keçirilməlidir, heç birinin doğum günü, ölüm günü unudulmamalıdır. Yəni bir güclü diqqət yaranmalıdır. Gəncliyə qayğı, ağsaqqallara diqqət, ehtiram olmalıdır. Elə bir şərait yaradılmalıdır ki, gənclik ağsaqqalların üzünə qabarmasın, ağsaqqalın gənclikdən ürəyi qırılmasın. Bunun üçün çox böyük təbliğati və təşkilati işlər görülməlidi. Yazıçılar Birliyinin mətbuat orqanlarında bir təzələnmə yaradılmalıdır. Yeni keyfiyyət dəyişikliyi yaradılmalıdır qəzetlərin səhifələrində. “Ədəbiyyat qəzeti” kimi bir qəzetimiz var, bu qəzetin səhifələrində güclü dialoqlar getməlidi, yazıçılar, şairlərin, alimlərin - əlbəttə, ədəbi cəbhədə vuruşanları nəzərdə tuturam – maraqlı söhbətləri getməlidi. Ədəbi taleyimizlə bağlı diskussiyalar açılmalıdı. Qaynamalıdır gənclik.
 
- Nekroloqxana olmamalıdır...
 
- Ay sağ ol. Ona görə, əlbəttə, mənim Yazıçılar Birliyindən umduğum çox şeylər var. Yəni mən elə bir mövqedə olan adamam ki, Yazıçılar İttifaqına həqiqətən öz evim kimi baxmışam, heç vaxt mənə qarşı soyuq münasibət olmayıb, hamısından ehtiram görmüşəm, hörəmətim-məhəbbətim var. Məsələn, 20 ildir Anar Yazıçılar Birliyinin sədridi,  bu 20 ildə bizim aramızda nə güldən ağır söz olub, nə də toqquşma. Hətta mənim xarakterimdə, təbiətimdə olan bir şey var ki, özümdən əvvəlki nəslə bol ehtiramım, hörmətim var. Anarın özü də yaxşı bilir, atasına-anasına da, nəsil-şəcərəsinə də həmişə ehtiramım olub. Çünki mən bunları dərk eləyən adamam, özüm ağsaqqallar ocağında böyümüşəm. Amma yaxşı olar ki, ağsaqqalıb edib, hörmətlə öz yerini nisbətən özündən sonra gələn nəslə versin. O zaman daha hörmətli olar, daha gözəl olar. Mənə belə gəlir ki, daha şərafətli olar. Çünki mən, məsələn, qıymaram ki, Anarın topuğundan duran bir adam hansı bir mövqeyinə, istəyinə görəsə Anarı təhqir eləsin. İstəyərəm ki, o adam hötmətli qalsın. Amma özümlə bağlı hələ münasibət bildirmirəm, onu sonra deyəcəm.
 
- Bəs ədəbi  qovğalara münasibətiniz necədir? Ədəbi qarşıdurmalar, cəbhələşmə...
 
- Mən tam səmimiyyətimlə, varlığımın səmimiyyəti ilə deyirəm sizə, gənclərlə işləmək lazımdı. İnanın ki, nətər olur ki, sirkdə iti-pişiyi-atı öyrədirlər, o boyda fili oynadırlar, necə olur ki, bu insanlarla danışmaq olmur? İnsanlarla işləmək, onlara qarşı diqqətli olmaq lazımdı. Vallah, mən sizi inandırıram, mənim 60 yaşım var, bu saat mənim içimdə uşaq səmimiyyəti var, bir konfet verib məni aldatmaq olar. Qardaş, o gəncliklə işləmək lazımdı. Bu gün ən radikal, ən allahsız gənc kimi deyirsiniz, görüşək onunla, mənimlə bir saat söhbət eləsin, gör bir saatdan sonra nə vəziyyətə düşür? Gəncliklə işləmək lazımdı. Bir gözəl misalımız var, mən yeri gələndə onu çox misal çəkirəm, deyir, atlıyla piyada görüşmək istəyəndə atlı başını aşağı əyir, piyada da dabanını qaldırır, görüşürlər. Vay o gündən ki nə atlı başını aşağı əyə, nə piyada dabanını qaldıra. Onda faciə qopur. Bu gün buna görə belədi. Yaşlı nəsil gənc şairi görəndə onu öz oğlu kimi qarşılamalıdı. Cavan nəsil ağsaqqalı harada görsə, atası kimi qarşılamalıdır. Hörmət-ehtiram olmalıdır nəsillər arasında və bunu yaratmaq lazımdır. 
 
Söhbətləşdi: 
Mövlud Mövlud
ANN.Az

  Geri