Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ƏSİRLİKDƏN VƏTƏNƏ GƏLƏN YOL

 
ƏSİRLİKDƏN VƏTƏNƏ GƏLƏN YOL
 
Qələm dostumuz Əlizamin Yelmaroğlunun «Vətən sən kiminsən?» kitabını birnəfəsə oxudum. Qarabağ dərdlərindən, Qarabağ faciəsindən danışan bu kitaı birnəfəsə oxumağı özümə  bağışlanmaz günah sayardım. Qarabağ adlı sağalmaz yaramız haqqında çox yazılıb, bundan sonra da çox yazılacaq. Şəhidlərimizin, əsir və girovlarımız, mili qəhrəmanlarımız haqda daha çox, daha keyfiyyətlə, səsi dünyanın hər yerindən eşidiləcək səviyyədə əsərlər yazılmalıdır. Çünki dərdimiz böyük, yaramız sağalmazdır. Bu dərdin ən güclü dərmanı, bu yaranın ən güclü məlhəmi torpaqlarımızın qayıtması, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Bu müqəddəs mübarizə yolunda heç kəs kənarda dayanıb, yaxasını kənara çəkməməlidir. Hər kəs öz bacarığı, qabiliyyəti müqabilində bu işə həmlə verməli, haqqın, həqiqətin səngərində dayanmalıdır.
Bu mənad «Vətən sən kiminsən?» sualı müəllif tərəfindən kitaba elə belə gəlişi gözəl söz kimi  verilməyib. Vətən kimindir? Onu qoruyanın, gecə-gündüz keşiyində dayananın, hər qarışını göz bəbəyi kimi saxlayanın, üstündə vüqarla gəzməyə mənəvi haqqı olanların! Vətən torpağını gözünə sürmə, elmlərin evini Kəbə, ocağını Məkkə bilənlərin. Vay o gündən ki, Vətənə, torpağa biganəlik duyğusu baş qaldıra, onda vətənin də evi yıxıldı, vətəndaşın da.
Əlizaminin əsərində Oqtay adlı bir qeyrətlii Azərbaycan oğlunun şəxsində əsirlərin, girovların, qaçqınların ətürpədici, faciəli taleyindən bəhs edilir. Onun əsir düşməsi, əsirlikdə çəkdiyi əzablar, saya-hesaba gəlməyən işgəncələr, mənfur və alçaq düşmənin amansız rəftarlarından insan ağlına sığışmayan vəhşiliklərdən bəhs edilir. Oxucunu sarsıdan, ürəyə od vuran səhnələri bir-birini əvəz etdikcə insan olan kəs erməni məkrinə, erməni qəddarlığına nifrət edir.
Əsər Oqtayın əsir düşməsi ilə bağlı  hadisələr və mənzərələrlə başlayır. Vətən uğrunda canla-başla döyüşən bir əsgərin birdən-birə əsir düşməsi, ağrısı, həyəcanı, daxili narahatlığı, düşməndən nəyin bahasına olur-olsun qisas almaq hissi çox təbii və inandırıcı şəkildə verilmişdir. Oqtayın əsirlik dövründə, iki ildən artıq bir zamanda gözüylə görüb, qulağıyla eşitdikləri, canlı müşahidələrə şahid olması oxucunun nəzərində canlandıqca oxucunun insanın bütün varlığı düşmənə qarşı nifrətlə dolub, mərmiyə, silaha çevrilir.
Oqtayın Xankəndində, Şuşa həbsxanasında yaşadıqları duyğular ağlasığmaz, qələmə gəlməz duyğularda.. Eldar adlı körpə ilə ilə  anasının soyuqdan donub ölməsi, Oqtayın anna-bala cəsədi qarşısında diz çöküb ağlaması, «Sizin qisasınız yerdə qalmayacaq»»-deyib and içməsi insanın ürəyini parça-parça edir. Qolu kəsilən Elmanın, kiçik yaşlı Ayselin, Şuşa həbsxanasında Vətən həsrətiylə alışıb-yanan 78 nəfər azərbaycanlı dustağın başına gətirilən müsibətlər Əlizaminin qələminin gücü ilə çox təsirli verilmişdir.
«Bütün bunlardan da  dəhşətli bir səhnə də həbsxananın yeməkxanasının dəhlizində yerə salınmış Azərbaycan bayrağının olması idi. Əsir və məhbuslar xəstəxana qaydasına görə gündə 3 dəfə erməni himni oxuyaraq Azərbaycan bayrağını tapdayaraq, Ermənistan bayrağının qarşısında diz çöküb bayraqdan öpməli idilər.»
Gərək daş olasan ki, Bayrağımıza, dövlətimizə, xalqımıza qarşı bu təhqirlərə dözəsən.
Əsərdə Mahmudun, ürəyi partlayan Rənanın, körpə Gültəkinin, odun qalağı altında çarmıxa çəkilib bədəninə od vurulan Nadirin dəhşətli ölümü səhnələri, Novruz bayramında əsirlərə kəsilmiş başların «hədiyyə» edilməsi, başdan başa qan ağlayan Şuşanın ürək dağlayan mənzərəsi, müəllifin  qələmində çox təbii şəkildə verilmişdir. Vaqo adlı bir erməni ilə əlbəyaxa döyüşdən qalib çıxan Oqtayın Vladik adlı bir erməni komandiri tərəfindən Xankəndinə gətirilməsi, Oqtayın əsirlik həyatında vətənə qovuşmaq üçün bir dönüş nöqtəsi olur. Sevgilisi Nəzakətin arzuları, anası Səltənətin duaları, düşməndən qisas almaq hissi Oqtaya yardım olur.
Xankəndində erməni qızı Rozanın şəxsində ermənilərin Bakı xiffəti də gözəl təsvir olunub
Oqtayın anası Sənəm ananın Oqtayla son söhbətini burda xatırlamaq yerinə düşər. «Mən ölsən ağlama ana! Mən ölsəm mənim kimi yüzlərlə, minlərlə Oqtaylar doğulacaq, anna! Ancaq torpaq doğmur, artmır, mənə bu torpaq üçün  böyütmüsən bu, onu qoruyam»
Bu gün bütün Azərbaycan oğulları, bu duyğular və düşüncələrlə silahlanmalıdır ki, Qarabağla qisasımız qiyamətə qalmasın.
Oqtayın çox çətinliklə əsirlikdən xilas olması, vətəninə, anasına, sevgilisinə qovuşması səhnələrini oxuyanda oxucu göz yaşlarını saxlaya bilmir.
Kitabın son sözündə müəllif oxucunu Şuşa, laçın, kəlbəcər,Ağdam fəlakətinə, Xocalı dəhşətinə, Cəbrayıl, Füzuli, qubadlı, Zəngilan itgisinə qarşı döyüşə, mübarizəyə hazırlayır. Şəxsi həyatında, ağrılı-acılı günlərindən söhbət açır.
Nəticə etibarı ilə kitab Vətənə məhəbbətdən, düşmənə tükənməz nifrətdən mayalanmışdır.
Qələm dostumuza Qarabağ mövzusunda daha güclü əsərlər yazmaq yolunda uğurlar arzulayıram!
 
Zəlimxan YAQUB,
Xalq şairi

17.07.2011

  Geri