Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Kitabları

 

 

“Könlümün səsi”

 

    Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) Gürcüstan SSR-də Bolnisi rayonunun Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində müəllim ailəsində anadan olmuşdur.

1972-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Onun şeirləri xalq ədəbiyyatının, aşıq poeziyasının qaynaqlarından süzülüb gəlir.

“Könlümün səsi” gənc şairin oxucularla ilk görüşüdür. 

“Könlümün səsi”. BAKI. GƏNCLİK – 1980

 

 

 

 

 

 

 

***

 

 

"Yolum eldən başlanıb"

 

    “Yolum eldən başlanıb” şair Zəlimxan Yaqubun oxucularla ikinci görüşüdür.

   Torpağa məhəbbət, insanları ucaldan qadir əməyin tərənnümü, təbiətə vurğunluq, xalq ədəbiyyatına, aşıq poeziyasına bağlılıq, elin, obanın ağsaqqal və ağbirçəklərinə ehtiram kitabda gedən şeirlərin əsas mövzusunu təşkil edir.

 

"Yolum eldən başlanıb".   Yazıçı. 1981

 

 

 

 

 

 

 

***

 

 

“Od aldığım ocaqlar”  


Zəlimxan Yaqubun “Od aldığım ocaqlar” kitabına xalqın adət-ənənəsinə, onun milli qaynaqlarına, saz-söz sənətinə, ana təbiətə dərin ehtiram hissi ilə yazılmış şeirləri toplanmışdır.

Ayrı-ayrı saz havalarının poetik tərənnümündə öz əksini tapan “Saz” poeması da kitaba daxil edilmişdir. 

“Od aldığım ocaqlar”. Şeirlər və poema, Bakı, Yazıçı, 1986 – 150 səh.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
***
 
 

"BİZ BİR EŞQİN BUTASIYIQ"

 

 

 

         İstedadlı şair Zəlimxan Yaqubun bu kitabına son illərdə yazdığı yeni şeirləri daxil edilmişdir. Bu şeirlərdə yüksək insani hisslər tərənnüm olunur. Şeirlərin mayasını şifahi xalq ədəbiyyatına bağlılıq və folklor qaynaqları təşkil edir.

         Kitaba böyük Azərbaycan nəğməkarı aşıq Ələsgərin taleyindən bəhs edən “Göyçədən gələn səslər” və xalq şairi Səməd Vurğuna həsr olunmuş “Borçalıda qalan izlər” poemaları da daxil edilmişdir.  

Zəlimxan Yaqub. Biz bir eşqin butasıyıq. Şeirlər və poemalar. Bakı – Yazıçı – 1989. 192 səh.
 
 
 
 
 
 
 
 
 
 
***
 
 
 
 
"Ziyarətin qəbul olsun"
 

Redaktor: Musa Ələkbərli

     Narahat dünyamızın ağrılı, acılı duyğularından yoğrulub bu kitab: hansı misrasının nəbzinə əl vursanız, başımızın üstündə tərs dəyirman kimi hədələnən uğursuz taleyin giley-güzarı qulağımızda gumuldanar. Nələr yoxdur şairin oxucusu ilə bu yeni görüş “yerində”: qaçqın düşən ağır ellərinin arxasınca fəryad edən Göyçənin bel bükən qəmi; dövrün etibarsızlığından gözü qorxmuş qədim Borçalımızın, səksəkəli Kəpənəkçinin sancılı ağrıları, İstanbul ziyarətindən kövrəlmələr...

 Ziyarətin qəbul olsun. Şeirlər və poemalar. Bakı. Gənclik, 1991-232 səh.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
***
 
 

 “Şair harayı”
 

Redaktoru:  Zülfüqar Şahsevənli

 “Şair harayı” kitabı şair Zəlimxan Yaqubun oxucularla altıncı görüşüdür. Üşüyüb donan, alışıb yanan, tarixi, taleyi sınağa çəkilən bir xalqın narahat bu günü, nigaran sabahı poetik və səmimi bir dillə oxuculara təqdim olunur.

“Sizi qınamıram”, “Vətən yaraları”, “Səslərin görüşü”, “Şairin harayı” poemaları, böyük türk şairi Yunus İmrəyə həsr olunmuş “Yunus İmrə dastanı” da şairin yeni kitabına daxil edilmişdir. 

ŞAİR HARAYI. Bakı, Gənclik, 1995.   224 səh.

 

 

 

 

 

 

 

 

***

 

 

"Bir əli torpaqda, bir əli haqda"

 

Redaktor: Azər Bağırov 

Bir əli torpaqda, bir əli haqda. Bakı, “Azərbaycan” nəşriyyatı, 1997. – 488 səh.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

***

 

 

"LE DESTIN DU POETE"
 
 
 
Tərcümə edən: Şamil Zaman
 
 
 
 
 
 

Zəlimxan Yaqub.  "LE DESTIN DU POETE", (fransızca). 

Bakı, “Azərbaycan” nəşriyyatı, 1998. – 80 səh. 
 
 

 

 

 

 

 

 

***

 

 

"SÖZ CAMI"

 

 

 

 

 

 

Z.Yaqub.  "Söz camı". Seçilmiş əsərlər (gürcü dilində). Bakı, “Azərbaycan” nəşriyyatı, 1998. – 184  səh.  

 

 

 

 

 

 

 

***

 

"Şairin taleyi"

 

Redaktor: Rəşid Cabbarlı

 

Zəlimxan Yaqub. Şairin taleyi (seçilmiş əsərlər). 

Bakı, “Azərbaycan” nəşriyyatı, 1998. – 80 səh.  

 

 

 

 

 

 

 

 

 

***

 

 

"Bir əli torpaqda, bir əli haqda"

 

Redaktor:  Azər Bağırov 

Bir əli torpaqda, bir əli haqda. Bakı, “Azərbaycan” nəşriyyatı, 1999. – 488 səh.  

 

 

 

 

 

 

 

 

 

 

 

***

 

 

"Bu yaşıl ağacın altı bizimdir"

 

Redaktoru: Azər Bağırov

 Zəlimxan Yaqub. Bu yaşıl ağacın altı bizimdir (Şeirlər və poema). – Bakı, “Azərbaycan” nəşriyyatı, 2000. – 424 səh.

 

 

 

 

 

 

 

 

 

 

 

*** 

 

 

“Seni sevmek içn geldim dünyaya”

 

 

 

Zelimhan Yagub. “Seni sevmek içn geldim dünyaya”.

İstanbul, Ocak. 2003

 

 

 

 

 

 

 

 

 

 

***

 

 

"Zelimhan Yagub"

 

 

 

Türkiyə türkcəsinə uyğunlaşdıran: Nizaməddin ONK

 

 

 

Ankara 2003, 180 səh.

 

 

 

 

 

 

 

***

 

 

"BÖYÜK ÖMRÜN DASTANI"

 

 

 

 

 

             Bakı - 2004

 

 

 

 

 

 

 

 

 

***

 

 

"Zəlimxan Yaqubdan yazılanlar"

 

 

Redaktor: Azər Bağırov

 

Kitabda Zəlimxan Yaqubun yaradıcılığı haqqında məqalələr toplanmışdır.

 

 

 Bakı. Vətən, 2004. - 400 səh.

 

 

 

 

 

 

 

***

 

 

"Mən sənin qəlbinə necə yol tapım"

 

 

Redaktor:  AzərBağırov

Əziz oxucu! Sizə təqdim olunan bu əsərlər Zəlimxan Yaqubun indiyədək nəşr edilən kitablarının heç birinə daxil olunmayan son illərin poetiknümunələridir. Şair yaradıcılıq ənənələrinə sadiq qalaraq ilahi eşqdən, insan sevgisindən, təbiət gözəlliklərindən, doğma torpağa vurğunluğundan, həyatımızın ağrılı-acılı tərəflərindən, ulu ozanlarımızın və böyük şəxsiyyətlərimizlə bağlı müqəddəs duyğulardan kövrələ-kövrələ, durula-durula söhbət açır, bizi də duruldur, saflaşdırır.

Zəlimxan Yaqub. Mən sənin qəlbinə necə yol tapım. Şeirlər və poemalar. – Bakı, "Azərbaycan" nəşriyyatı, 2004 - 568 səh.

 

 

 

 

***

 

 

"О qızın göz yaşları"

 

Redaktor:  Mustafa Çəmənli

 

Xalq şairi Zəlimxan Yaqubun bu kiçicik poemasında qəlbimizin başında daim sağalmaz bir yara kimi gör-gör göynəyən Xocalı faciəsindən, Xocalı boyda dərdimizdən danışılır. Poemanı oxuduqca «O qızın göz yaşları» ürəyimizi pörşələyir, bizi intiqama səsləyir. İnanırıq ki, bir gün gələcək, millətimiz qəddar yağıdan öz intiqamını alacaq, gözlərinin qabağında atası diri-diri yandırılmış, yurd-yuvası talan olmuş Xəzan-güllərin göz yaşlarını siləcəkdir.

 

 

Zəlimxan Yaqub. О qızın göz yaşları (poema) 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. Вakı, «GƏNCLİK» nəşriyyatı, 2005. 32 səh.

 

 

 

***

 

 

"Gözlərimin nurudu doğulduğum bu torpaq"

 

Tərtib edəni və redaktoru  İradə AKİFQIZI

Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun bu kitabı onun müxtəlif illərdə yazdığı, dillər əzbəri olan şeirləri əsasında tərtib olunub. Bu şeirlər görkəmli söz ustadını oxuculara bir daha incə və kövrəl qəlbli bir İNSAN, xalqımızın çoxəsrlik mədəni irsini dərindən mənimsəmiş, bu irsi təbliğ və inkişaf etdirməyi həyatının mənasına çevirmiş bir ŞAİR və VƏTƏNPƏRVƏR kimi təqdim edir. 

Zəlimxan Yaqub. Gözlərimin nurudu doğulduğum bu torpaq (şeirlər). – Bakı: Pedaqogika, 2005. – 208 səh.

 

 

 

 

 

 

 

***

 

 

"Qayıdaq əvvəlki xatirələrə"

 

Redaktoru:  Mustafa Çəmənli

 

 Kitabda Azərbaycan Respublikasının Xalq şairi Zəlimxan Yaqubun müxtəlif illərdə yazdığı lirik şeirlər toplanmışdır.

 

Qayıdaq əvvəlki xatirələrə (şeirlər)

Bakı, “Gənclik” 2005, 182 səh.

 

 

 

 

 

 

 

***

 

 

"Mən bir dağ çayıyam"

 

   Kitaba xalq şairi Zəlimxan Yaqubun son dörd ildə qələmə aldığı və indiyədək çap olunmamış bəzi poema və şeirləri daxil edilib.

 

Zəlimxan Yaqub. Mən bir dağ çayıyam... (şeirlər).

Bakı, Pedaqogika, 2006. – 336 səh.

 

 

 

 

 

 

 

 

 

***

 

"Seçilmiş əsərləri"

 

   Müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən tanınmış şair Zəlimxan Yaqub xalq yaradıcılığının bədii texnologiyasından ustalıqla bəhrələnərək, ədəbiyyatımızda irsilik ənənələrini sədaqətlə davam etdirir.

   Xalqın mübarizə ruhunun, milli təəssübkeşlik və vətənpərvərlik hisslərinin ictimai-estetik düsüncəyə uyğun bədii-emosional ifadəsi şairinesərlərini səciyyələndirən əsas cəhətlərdən biridir. 

 

Zəlimxan Yaqub. Seçilmiş əsərləri. İki cilddə. II cild.

Bakı, "Şərq-Qərb", 2006, 288 səh.

 

 

 

 

 

***

 

 

"Hüseyn Saraçlı dastanı"

 

Redaktoru: Rövşən Nəsiboğlu

Bu orijinal əsər yalnız Borçalı aşıq məktəbinin deyil, ümumiyyətlə, Azərbaycan aşıq sənətinin ən böyük simalarından biri – Aşıq Hüseyn Saraçlının maraqlı həyatından, əngin yaradıcılığından, sahib olduğu yüksək dəyərlərdən və digər sənətkarlarımızla səmimi əlaqələrindən bəhs edir.    

Zəlimxan Yaqub. Hüseyn Saraçlı dastanı (dastan-roman). 

Bakı. Pedaqogika, 2007. – 256 səh.

 

 

 

 

 

 

 

 

***

 

 

“Əbədiyyət dastanı”

 

Azərbaycan xalqının ümummilli lideri

Heydər Əlirza oğlu Əliyevin

əziz xatirəsinə ithaf olunur

 

   “Əbədiyyət dastanı” adlı bu kitaba xalq şairi Zəlimxan Yaqubun iki poeması daxil edilib: “Böyük ömrün dastanı”,  “Böyük ömrün davamı”. Poemalar ulu öndərimiz Heydər Əliyevin həyatına və titanik fəaliyyətinə həsr olunub. 

Zəlimxan Yaqub. Əbədiyyət dastanı (poemalar).

Bakı, Pedaqogika, 2008. – 264 səh.

 

 

 

 

***

 

 "Сказы саза"

 

 

Перевод с Азербайджанского Сиявуша Мамедзаде 

    В настоящее издание включены стихи знатока ашугскои поэзии и тюркского фольклора, народного поэта Азербайджана Зелимхана Ягуба, а также две поэмы "Сказы саза" и "Услышь меня, Америка!"

    Поэзия автора хорошо знакома зарубежном. Многие из трудов поэта неоднократно издавались на турецком, арабском, немецком, французском языках и на фарси.

    Данная книга издается в рамках программы развития культур­ных связей стран СНГ.

 

Зелимхан Ягуб. Сказы саза. Стихи и поэмы.   

Москва. Типография «Новости», 2008. - 192 с.

 

 

 

***

 

 

"DÜNYA TÜRKÜN DÜNYASI"

 

 

Türkiyə türkcəsinə uyğunlaşdıran: Azad Ağaoğlu

 

 

 

 

Bakı - 2009

 

 

 

 

 

 

 

***

 

 

"Peyğəmbər"

 

Məsləhətçi: Şeyxülislam Allahşükür Paşazadə
Rəyçi: Akademik Vasim Məmmədəliyev 
Redaktorlar: Hacı Mirəziz Seyidzadə,
Hacı Azər Turan

  Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poemasında Allahın sonuncu elçisi Hz. Məhəmmədin örnək həyatı, islam dininin yer üzündə bərqərar olması uğrunda öz tərəfdarları ilə birlikdə apardığı mübarizə, bu yolda çəkdiyi məşəqqətlər və qazandığı uğurlar əlvan poetik boyalarla təsvir olunmuşdur.

   Dərin araşdırmaların, nüfuzlu din xadimləri ilə məsləhətləşmələrin və ustad şair təxəyyülünün məhsulu kimi ortaya çıxan bu möhtəşəm əsərdən onu oxuyan hər kəsin bəhrələnəcəyi şübhəsizdir.  

Zəlimxan Yaqub. Peyğəmbər (poema).

Bakı: “Pedaqogika” nəşriyyatı, 2009 - 320 səh.

 

 

***

 

 

 "Mən öz dastanımı yazıb gəlmişəm"

                   

Redaktor: Musa Nəbioğlu

 

   Bu kitaba Xalq şairi Zəlimxan Yaqubun son illərdəki yaradıcılığından poetik nümunələr daxil edilmişdir. İndiyədək müxtəlif mətbuat orqanlarında dərc olunaraq geniş oxucu kütləsinin böyük rəğbətini qazanan bu şeirlərin əksəriyyəti ilk dəfədir ki, kitab halında oxuculara təqdim olunur. Öz yaradıcılıq ənənəsinə daim sadiq qalan şair bu kitabdakı əsərlərində də doğma torpağa vurğunluqdan, vətən məhəbbətindən, həyatımızın ağrılı-acılı tərəflərindən, təbiət gözəlliklərindən, insan sevgisindən və s. söhbət açır. 

Zəlimxan Yaqub. Mən öz dastanımı yazıb gəlmişəm. 

Elm və Təhsil, Bakı 2009.

 

 

 

 

***

 

 

"Millətdə, dövlətdə, sənətdə"

 

Redaktor: Musa Nəbioğlu

   Xalq şairi Zəlimxan Yaqubun ictimai-siyasi və bədii-publisistik fəaliyyətini əks etdirən bu kitabda onun müxtəlif dövlət tədbirlərində və görkəmli şəxsiyyətlərin yubileylərindəki çıxışları, şair və yazıçılara, sənət adamlarına açıq məktubları, xatirələri, kitablara yazdığı ön söz, saz-söz sənəti ilə bağlı fikirləri və həyatımızın digər sahələrinə həsr olunmuş aktual yazıları toplanmışdır. 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Zəlimxan Yaqub. Millətdə, dövlətdə, sənətdə.

Bakı, 2009. “Nağıl evi” şirkəti, səh. 388.

 

 

 

 

***

 

"Düşüncələrin simfoniyası"

 

 

Nəşrə hazırlayanı və redaktoru: Musa Nəbioğlu

Xalqı şairi Zəlimxan Yaqubun zəngin mütaliəsinin məhsulu olan bu kitabda onun müxtəlif illərdə Azərbaycan və dünya klassiklərinin əsərlərindən etdiyi qeydlər toplanmışdır.  

 

Zəlimxan Yaqub. Düşüncələrin simfoniyası.

“Vətən” nəşriyyatı, 2010. 278 səh.

 

 

 

 

 

 

 

***

 

 

 

"Özün basdırdığın ağaca söykən"

 

Redaktor: Musa Nəbioğlu

   Anadan olmasının 60 illik yubileyi ərəfəsində işıq üzü görən ikicildliyə Xalq şairi Zəlimxan Yaqubun xalqımıza məxsus mənəvi dəyərləri, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələri qoruyub saxlayan, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edən şeirlərindən seçmələr və dörd poeması daxil edilmişdir.   

 

Zəlimxan Yaqub. Özün basdırdığın ağaca söykən.

İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2010, 284 səh.

 

 

 

 

 

***

 

"Özün basdırdığın ağaca söykən"

 

 

Redaktor: Musa Nəbioğlu

    Anadan olmasının 60 illik yubileyi ərəfəsində işıq üzü görən ikicildliyə xalq şairi Zəlimxan Yaqubun xalqımıza məxsus mənəvi dəyərləri, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələri qoruyub saxlayan, ədəbiyyatımızda irslik ideyasını tərənnüm edən şeirlərindən seçmələr və dörd poeması daxil edilmişdir.

 

Zəlimxan Yaqub. Özün basdırdığın ağaca söykən.

İki cilddə. II cild. Bakı,  “Şərq-Qərb”, 2010, 296 səh.

 

 

 

 

***

 

"Gəl"

 

Redaktor:   Musa Nəbioğlu

 

Kitabda xalq şairi Zəlimxan Yaqubun təkcə Azərbaycanda d